Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Media araşdırma aparmalıdır, qanunlar mane olmamalıdır" - Fazil Mustafa

Tarix: 17-02-2023 15:38     Baxış: 3259 A- / A+

“Bu yaxınlarda Ali Məhkəmənin qərarı oldu ki, keçmiş MTN-in başkəsən generallarından birinin 30 milyon əmlakına bəraət verilsin, özünə qaytarıldı. Bu, cəmiyyətdə birmənalı qarşılanmadı”.
 
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa deyib.
 
Deputat bildirib ki, qanunlar medianın belə şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır: “İndi onun mənbəyi və başqa məsələlərlə bağlı araşdırma aparanda onun təqsirli olub-olmaması məsələsi gündəmə gələ bilər. Media isə bundan çəkinir. Qanunvericiliyə incə bir ifadə əlavə etməliyik ki, medianın bu hüququ məhdudlaşmasın”.
 
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlakları ötən ilin dekabrında geri qaytarılıb. Bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar