Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Vardanyan Moskvadan daha böyük təlimatla qayıdıb: Ermənistanda çeviriliş planı...

Tarix: 15-02-2023 11:38     Baxış: 3229 A- / A+

“Qarabağın dağlıq hissəsində yaşayan ermənilərlə bağlı təlimatlar Ruben Vardanyana Moskvaya getməmişdən əvvəl verilmişdi və o, bu təlimatları bölgədə yerinə yetirdi”.
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.
O, tanınmamış “DQR”in “dövlət naziri” Ruben Vardanyanın Moskvadan Xankəndiyə qayıtması məsələsinə, habelə ona verilən yeni təlimlərin nədən ibarət olmasına rəy bildirib.
Q. Hüseynli iddia edir ki, hazırda Rusiya əsas diqqətini Ermənistana və oradakı hakimiyyət dəyişikliyinə yönəldib:
“Zənnimcə, yenidən geri qayıdan Ruben Vardanyan artıq daha böyük bir məqsəd – Ermənistanda hakimiyyəti devirib iqtidara gəlmək üçün çalışacaq. O, bütün səylərini bu istiqamətə yönəldəcək”.
Analitik hesab edir ki, Vardanyanın Ermənistandakı hakimiyyət olimpinə dırmaşması elə də asan olmayacaq:
“Məncə, Rusiya Ermənistan siyasi rəhbərliyi üçün fitnə-fəsadla dolu, eləcə də qorxulu bir ssenari hazırlayır. Bu ssenari isə daha çox dövlət çevrilişinə yaxın bir ssenari olacaq. Əgər Qərb dövlətləri bu prosesə müdaxilə etməsələr, yaxud edə bilməsələr, Rusiya burada özünün kirli layihəsini işə sala biləcək”.
Politoloq düşünür ki, bu tendensiya bizim üçün də əlverişli deyil:
“Çünki belə olan təqdirdə sülhyaratma prosesi dayanacaq və bölgə uzun müddət qarışacaq. Əgər Rusiyanın əməllərini Qərb tərəfindən önləmək mümkün olmayacaqsa, bu, daha böyük faciələrə rəvac verəcək”.
O, məlum prosesləri 2 mərhələyə ayırdığını vurğulayıb:
“Birincisi, çevriliş ərəfəsi münasibətlər: yəni Qərblə Rusiyanın Ermənistandakı əzələ nümayişi; ikincisi, Qərbin Rusiyanı Ukraynada geri oturda bilməsi məsələsi. Əgər bu 2 məsələ Qərbin xeyrinə həll olunarsa, üçüncü mərhələyə ehtiyac qalmayacaq. Yox, Rusiya öz niyyətlərini Ermənistanda həyata keçirərsə, burada artıq mərhələlər dəyişəcək: yəni ki, çevrilişdən əvvəl, çevriliş və çevriliş sonrası dövrlər baş verəcək”.
Siyasi təhlilçi aydınlaşdırıb ki, istənilən halda İrəvanda baş verə biləcək çevriliş böyük rezonans doğuracaq və Rusiyaya xeyir gətirmək əvəzinə bu ölkəni Cənubi Qafqazdan süpürülüb çıxarılması üçün bir əsas olacaq:
“Vaxtilə Robert Koçaryan da Qarabağda “vəzifə” tutandan sonra Ermənistanda hakimiyyətə gəlmişdi. O da milli azadlıq müharibəsinin qalibi kimi xalqa sırınırdı. Ermənilər o qədər yüksək şüura malik bir millət deyil. Onlar görəcəklər ki, Vardanyan varlıdır, çox böyük sərvətin sahibidir və o sərvətin hamısını Ermənistana yönəldəcək və s. Düzdür, onun şüarları və təqdim etdiyi proqram cəlbedici görünməyə bilər, amma reallıq budur ki, Rusiya bu gün Ermənistanda çevriliş etməyi qarşısına məqsəd qoyub”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar