Xəbər lenti
Zəlzələ bəhanəsi ilə Türkiyəyə zərbə hazırlanır
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib.
“Türkiyə hökumətinin nümayəndəsi İbrahim Kalının “Ankara və Moskva təhlükəsizlik məsələlərində təmasdadır” açıqlamasına əsaslanaraq deyə bilərik ki, Ankara “Türk axını”na təhdidlər barədə məlumatları Kremlə ötürüb. Təsadüfi deyil ki, Putin ötən il türkiyəli həmkarı Ərdoğana “Kiyev “Türk axını”nın qaz nəqli sisteminə qarşı təxribat törətməyə cəhd edib” məlumatını vermişdi. ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqəsi olan Vaşinqton “şahini” Maykl Rubin də birbaşa “Şimal axını 2”-dən sonra Rusiya qazının Avropaya daxil olduğu yeganə qaz kəməri - “Türk axını”na zərbə vurulmasına çağırış edib. O bildirib ki, bu, transatlantik enerji həmrəyliyinə təminat verir, “Şimal axını-2” və “Türk axını”nın tikintisindən sonra yaranmış böyük qaz halqasını “qırır” və nəhayət, Kremli qitənin Avropa hissəsində qaz inhisarçısı mövqeyindən məhrum edir. “Türk axını” ilə bağlı təhdidlər Ankaranı Yaxın Şərqdəki ən böyük enerji mərkəzi statusundan məhrum etmək niyyəti güdən potensial zərbədir. Rusiyanı Avropa ilə Türkiyə vasitəsilə birləşdirən qaz kəmərini nəyin bahasına olursa-olsun “qırmağa” çalışan ABŞ hadisəyə məhz belə baxır. Düzdür, türk kəşfiyyatı hesab edir ki, Rusiya və Türkiyənin donanmalarının nəzarətində olan Qara dənizdə təxribat törətmək İsveçin ərazi sularında olduğundan qat-qat çətindir. Amma hadisələrin əks gedişi də istisna edilmir. İndiki vəziyyətdə yeni hərəkətlənmə müşahidə edilir. Türkiyə və rusiyalı ekspertlər ABŞ-ın təbii fəlakət – zəlzələ adı altında “Türk axını”nı sıradan çıxarmağa çalışacağını istisna etmir. Bununla bağlı Ankaranın keçmiş bələdiyyə sədri Melih Gökçək Mərmərə adası yaxınlığında xarici seysmik tədqiqat gəmisinin görünməsinə diqqət çəkib. İctimaiyyətə bunu Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələdən sonra növbəti təkanın İstanbulda baş vermə ehtimalı ilə əlaqələndiriblər. Üstəlik, şəhərdə 2030-cu ilə qədər, yəni çox yaxın gələcəkdə və “Türk axını” infrastrukturuna yaxın ərazidə güclü zəlzələ proqnozlaşdırılır”, - o bildirib.
Tarasov qeyd edib ki, artıq Qərb mediasında “Avropa öz enerji təhlükəsizliyini Türkiyənin təbii fəlakətlərinin şıltaqlığından asılı vəziyyətə sala bilməz” fikirləri yayılır:
“Bildirilir ki, buna görə də Ankara “Rusiyadan enerji resurslarının tədarükü marşrutunu diversifikasiya etməlidir”. Bu başlıqlardan belə bir nəticə çıxır: “Türk axını”na nəsə olarsa, o zaman bu, “təbii fəlakətdən” ola bilər. Fransanın satirik “Şarl Hebdo” jurnalı yazıb: “Türkiyədə zəlzələ: tank göndərməyə belə ehtiyac yoxdur!”, Türkiyəli mütəxəssis isə "ABŞ Türkiyədə seysmik silahlardan - HAARP layihəsindən istifadə edib, çünki Türkiyə Rusiya ilə ticarət edir və NATO-dan çıxmağa hazırlaşır" fikrini irəli sürüb. Mövzu ilə bağlı ən inanılmaz nəzəriyyələrdən istifadə edilməsi təsadüfidirmi?
Ankaraya “sülh ssenarisi” təklif olunur: “Türk axını”ndan imtina edin, Rusiya qazının qəbul nöqtəsini Azərbaycana köçürün. Və Rusiya-Azərbaycan-Türkiyə üçbucağında mübadilə əməliyyatları aparın. Onda avropalılar enerji resurslarını Rusiyadan yox, Türkiyədən (NATO müttəfiqi – red.) alırlarmış kimi görünəcək. Bu, Azərbaycan qazını Türkiyə vasitəsilə AB ölkələrinə çatdırmalı olan TANAP layihəsidir. Amma Türkiyə üçün belə Azərbaycan qazı açıq şəkildə kifayət etmir. Buna görə də Moskva və Ankara indi Qərbin planlaşdırdığı növbəti addıma zərdab axtarmağa məcbur olacaq. Hələlik Türkiyə zəlzələ səbəbindən qaz qovşağının işə salınması üçün İstanbulda keçiriləcək sammiti təxminən 21-22 mart tarixinə təxirə salıb. “Türk axını”nın Avropaya ikinci xətti artıq tamamlanıb. Ona görə də bu mərhələdə heç nəyi dayandırmaq olmaz. Layihənin həyata keçirilməsində ləngimələr Türkiyənin zəlzələ ilə bağlı məsələlərin həllinə bütün səylərini sərf etmək üçün bir müddət vaxt ayırması səbəbindən yarana bilər. Amma ümumilikdə, yayılan məlumatlarda kifayət qədər böyük oyun elementinin olduğunu istisna etmək olmaz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar