Xəbər lenti
Paşinyanın şok planı: Şərikini niyə Xankəndiyə göndərdi?

Məlumatda bildirilir ki, onun azərbaycanlı ekofəalların etiraz aksiyasının davam etdiyi Laçın yolundan necə keçdiyi və Xankəndidə nə işlə məşğul olduğu bəlli deyil:
“Müharibədən sonra Babayanın Xankəndiyə gəlişi gərgin müzakirələrə səbəb olur. Yerli ermənilərə görə, Babayan elə-belə gəlmir, bəzi planları var və bunları həyata keçirməyə çalışır.
Müharibədən sonra ilk “kütləvi təmas” ötən ilin oktyabrında olub. Babayan oktyabrın 5-də mitinq keçirdi, bu, bəzi müzakirələrə səbəb oldu. Bəzilərinə görə, Babayan müharibədən sonra rəsmi olaraq Ermənistan hakimiyyətin şərikinə çevrilib. İndi aylar sonra Babayan yenidən Qarabağdadır və onun məqsədləri ilə bağlı yenə müxtəlif versiyalar var”.
Qəzet yazır ki, Babayan yaxın gələcəkdə “komanda” yoldaşları ilə daha da fəallaşmaq üçün planlar hazırlayıb və bunun nəticəsi olaraq separatçı rejim daxilində “yerini” müəyyən etməyə çalışacaq: “Digər versiyaya görə, Nikol Paşinyan yalnız ona tabe olan “yeni rejim” qurmağa çalışır. Babayanın Xankəndidə görünməsi bu kontekstdə nəzərdən keçirilməlidir”.
Bir sıra erməni mənbələri Qarabağın dağlıq hissəsini tamamilə Azərbaycana təhvil verməkdə maraqlı olan Paşinyanın bunu Babayan vasitəsilə həyata keçirməyə çalışacağını iddia edirlər. Məqsədin Azərbaycanın mərkəzi hakimiyyəti ilə birbaşa dialoq tərəfdarı olan "komanda" formalaşdırmaq olduğu deyilir.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar