Xəbər lenti
Ərdoğan bu sınaqdan da çıxa biləcək - Sabiq nazirin şərhi
Bəzi ekspertlərin fikrincə, Türkiyədəki zəlzələ Ərdoğanın nüfuzunun zəifləməsinə, onun rəqiblərinin isə güclənməsinə səbəb ola bilər. Bununla belə, hazırkı prezidentin zəlzələ sınağından üzüağ çıxacağını düşünənlər də az deyil.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov modern.az-a bildirib ki, qardaş ölkədə seçkiqabağı zəlzələnin fəsadlarından yararlanmaq istəyənlərin olması təbii haldır:
“Seçki ərəfəsində həm daxildən, həm də xaricdən siyasi rəqiblər zəlzələnin yaratdığı çətinliklərdən istifadə edirlər. Bu təbiidir. İndiki vəziyyət Ərdoğan üçün bir növ sınaqdır. Əminəm ki, Ərdoğan bu sınaqdan da çıxa biləcək. Çünki onun siyasi nüfuzu böyükdür. Eyni zamanda təşkilati imkanlar, dost ölkələrin dəstəyi Ərdoğanın mövqeyini gücləndirir. Hətta belə fikirlər səsləndirirlər ki, Əroğanın nüfuzu daha da güclənəcək".
Eks-nazirin fikrincə, Türkiyədə keçiriləcək seçkidə xalq obyektiv qərar verəcək:
"Problem ondan ibarətdir ki, zəlzələ nəticəsində zərər görən əhali narazıdır və emosianal vəziyyətdədir. Hökumət imkan daxilində nəsə etsə belə, bu insanlar üçün yetərincə deyil. Dağıntıların miqyası, iqlim şəraiti və başqa amillər var ki, insanlar bu cür şəraitə razı ola bilməz. Dövlət həmin insanları müvəqqəti olaraq nələrləsə təmin etsə də, heç nə dəyişməyəcək. Amma digər bölgələrdə yaşayan insanlar daha obyektiv rəylər verəcəklər".
Türkiyədəki prezident seçkilərinin vaxtının uzadılmasına gəlincə, T.Zülfüqarov bunu istisna etməyib. O, hesab edir ki, seçki bir il müddətinə uzadıla bilər:
"Doğrusu, mən Türkiyədə baş verən zəlzələyə görə, seçkinin vaxtının dəyişəcəyini istisna etmirəm. Seçki vaxtı iqtidar tərəfindən elə vaxta çəkiləcək ki, o zamana qədər müsbət işlərə nail olunacaq. Dağıntıların olduğu dövrdə seçki keçirilməsi mənfi nəticə verəcək. İnsanlar onlar nə özlərini, nə də təbiyyəti günahkar bilirlər. Onlar hökuməti günahlandıracaqlar. Buna görə də seçkinin azı bir il gecikdirilməsinə ehtiyac var. Məncə, seçkinin vaxtı bir il uzadılacaq".
Sabiq nazir xilasetmə işçilərinin zəlzələ bölgəsindən çıxması ilə bağlı siyasi manipulyasiyalara da toxunub:
"Məlumatlar var ki, xaricdən yardıma gələn qüvvələr artıq bölgəni tərk etməyə başlayırlar. Bu məsələyə müxtəlif şərhlər verilir. Başa düşmək lazımdır ki, həmin qüvvələr müxtəlif ölkələrin böhran vəziyyətində istifadə etdiyi mütəxəssislərdir. Bunların vəzifəsi sağ qalan insanların xilas edilməsində iştirak etməkdir. Zəlzələdən bir müddət sonra elə vəziyyət olur ki, ümidlər azalır. Beləliklə, həmin qüvvələr ərazini tərk edir. Onlar burada qalıb tikinti ilə məşğul olası deyil. Təəssüflər olsun ki, onlarda olan avadanlıq və itlərin vasitəsi ilə sağ insanların tapılması artıq mümkün deyil. Bu səbəbdən onlar gedirlər. Xilasedicilərin vəzifəsi yardım göstərməkdən ibarətdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar