Xəbər lenti
Rusiya üçün İran vacib ölkə deyil - Markov
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
Politoloq bildirib ki, Rusiya İranla nüvənin sülh məqsədi ilə istifadəsində aktiv əməkdaşlıq edir:
“Lakin sülh və hərbi nüvə arasında sərhəd tapmaq çətindir. Bəlkə də gələcəkdə Rusiya İrana nüvə silahını yaratmağa kömək edə bilər: əgər Ukraynada döyüşlər belə davam edərsə və Moskva İranın Rusiyaya çox lazım olduğunu hesab edərsə… Amma məncə, İran Rusiya üçün hazırda o qədər də önəmli ölkə deyil. İran texnologiyalarını cəlb edərək, raket və dronları rəsmi Moskva özü də istehsal edə bilər”.
O, İranın nüvə silahının potensial qurbanlarının Rusiya ilə yaxşı münasibətləri olduğunu da diqqətə çatdırıb:
“Onların Rusiyanın bu qərarına təsiri var. İsrail Kiyevə Dəmir Qübbə və digər silahlar vermir. Yəqin, bunun əsas səbəblərindən biri belədir: İsrail anlayır ki, əgər Kiyevə silah ötürməyə başlasa, Rusiya da İrana nüvə silahı verər. İran isə nüvə silahını İsraili məhv etmək üçün istifadə edə bilər. Nüvə silahının daha bir potensial qurbanı Səudiyyə Ərəbistanıdır. Məlum olduğu kimi, Rusiyanın Səudiyyə Ərəbistanı və onun yaxın müttəfiqi Ərəb Əmirliyi ilə çox yaxşı münasibətləri var. Səudiyyə Ərəbistanı qorxur ki, Rusiya İrana nüvə silahını əldə etməkdə köməklik edər, İran da Səudiyyə Ərəbistanının və BƏƏ-nin neft və qaz sənayesinə zərbə vurar. Buna görə də həmin ölkələr Rusiya ilə yaxşı münasibətləri qorumağa çalışır. Rusiya üçün nüvə silahını vermək yox, İrana nüvə silahının verilmə mümkünlüyü ilə təhdid etmək daha əlverişlidir. Bununla çox ölkələrin xoşniyyətli neytrallığına nail olmaq olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar