Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İran Ermənistan üzərindən Azərbaycana hücum hazırlayıb - Xain plan necə ifşa olub?

Tarix: 11-02-2023 10:23     Baxış: 4299 A- / A+


İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri özlüyündə bir sıra təhdidlər formalaşdıran açıqlama verib. O bildirib ki, Tehran Avropa İttifaqının missiyasının və Fransa jandarmalarının Ermənistanda yerləşdirilməsinə qarşı deyil. Halbuki bu zamana qədər İran Avropa İttifaqı da daxil olmaqla bölgəyə kənar qüvvələrin gətirilməsini qəbul etməyib. Maraqlıdır, İranın dəyişən mövqeyi nəyə əsaslanır? Regionda sülhü pozan əsas tərəf kimi İran çıxış edir?
 Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı publika.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hər bir təzyiq və təsir mexanizmi İranın maraqlarını qarşılayır. Onun sözlərinə görə, İran tərəfi hər zaman Qərbin cənubi qafqazda iştirakçılığını qəbul etməyən bir dövlət kimi çıxış edib.

“Maraqlıdır ki, İran Ermənistan ərazisinə yerləşdirilən Avropa İttifaqının mülki missiyasını böyük susqunluqla qarşıladı. Sonrakı dönəmdə də, bu missiyaya qarşı hər hansı bir fikir ifadə olunmadı. Eyni zamanda Aİ-nin də Ermənistana yeni missiyasının göndərilməsi ilə bağlı bir reaksiya müşahidə etmədik”
Politoloq hesab edir ki, daxildə ictimai-siyasi vəziyyətin çətin olması fonunda İran Ermənistanla əməkdaşlıq edərək, Qərbin yanında müəyyən xallar qazanmağa çalışır.
“Bu siyasi xalları daha sonra dividentə formalaşdırmaq niyyəti güdür. Həmçinin Aİ-nin Ermənistan və İran arasında olan yolun inşasına dair investisiya ayırması ittifaqın ikiüzlülüyündən xəbər verir çünki İrana qarşı Qərbin ciddi sanksiyaları və məhdudiyyətləri tətbiq olunur. Belə olan halda, biz görürük ki, Aİ həm İrana qarşı tətbiq olunan sanksiyalardan yayınmağa kömək edir, həm də molla rejiminə maliyyə vəsaiti yatırıb sponsorluq edir”,- politoloq deyib.
İ.Hüseynovun sözlərinə görə, belə geosiyasi durumda İran tərəfi Zəngəzur dəhlizinə qarşı çıxır və reallaşmasını istəmir.
“ İran bunu “qırmızı xətt” adlandırır, lakin elə Avropa İttifaqı özü də, bu layihəyə böyük ümidlər bəsləyir. Bununla Şərq və Qərb arasında bağlantı formalaşacaq, regionun inkişafına dəstək olacaq. Eyni zamanda bu, xalqların rifahının inkişaf etdirilməsində əsas stimullaşdırıcı tədbir kimi nəzərdən keçirilir. Ancaq İran tez-tez mövqeyini dəyişdirir. Burada Qərbin də ikiüzlü və riyakar siyasəti göz önündədir”
Politoloq bildirib ki, İran əvvəlcə 3+3 platformasına yüksək reaksiya verməsinə baxmayaraq, sonrakı durumda Ermənistanın arxasında olan qüvvələrin və rəsmi İrəvanın təmasları ilə bu dəhlizin reallaşmasına əsas əngəllərdən biri kimi çıxış etməyə başlayıb
“Bu, sülhü pozan addımlar regionda gərginliyin yaradılmasına hesablanıb. Yaxın zamanda ifşa olunan plana görə İran və Ermənistan Azərbaycana qarşı hərbi təxribat planlayıb . Azərbaycan tərəfi operativ qaydada sözügedən təxribat planının üstünü açıb və bu gün təhlükəsizliyin təmin olunması üçün lazımi tədbirlər həyata keçirilir”,- deyə o diqqətə çatdırıb
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar