Xəbər lenti
Moskvada Qarabağ danışıqlarının gizli – Detalları
Rusiya və digər həmsədr dövlətlər başa düşür ki, artıq status-kvonu çox saxlamaq olmaz.
Bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, İrəvanın yenidən danışıqlar masasına qaytarılması müsbət bir tendensiyadır:
“Moskva regiondakı konfliktlərin həllində bir nüfuz sahibi olmağa çalışırsa, onda artıq hərəkətə keçməlidir. Moskva görüşünün qapalı keçirilməsi və bəzi detalların gizli saxlanmasına gəlincə, hesab edirəm ki, görüş yalan-gerçək şərhlərin yayılmaması üçün qapalı keçirilib. Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair elə bir konfidensiallıq yoxdur. Ortada Sankt-Peterburq danışıqları, Madrid prinsipləri və digərləri var. Ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı problemlər hələ də qalmaqdadır. Moskva həm nüfuzunu bərpa etmək, həm də ikinci addımlar atmaq üçün belə görüşləri mütləq intensivləşdirməlidir. Danışıqlar prosesinin olmaması status-kvonun saxlanılmasına xidmət edir”.
Politoloq vurğulayıb ki, məsələnin həlli yönündə addımlar atılmadığından Azərbaycan lokal hərbi əmliyyatlarla İrəvanı danışıqlara masasına qaytarmağa məcbur oldu:
“Hamı bilir ki, bütün bu məsələlərdə açar fiqur məhz Rusiyadır. Moskva isə İrəvanı əldən vermək istəmir. Çünki Rusiya Azərbaycanın xeyrinə hər hansı bir qərar qəbul edəcəyi təqdirdə Ermənistanın Qərbə yönəlməsindən və nəticədə NATO-Rusiya sərhədinin pozulmasından ehtiyat edir. Ancaq Rusiya və digər həmsədr dövlətlər başa düşür ki, artıq status-kvonu çox saxlamaq olmaz. Ona görə də Bakı Moskvadan prinsipial mövqe gözləyir”.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 28 apreldə Moskvada görüşü baş tutub. Görüşdən sonra verilən açıqlamada tərəflərin danışıqlar prosesini davam etdirmək üçün razılığa gəldiyi bildirilib.(axar.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar