Xəbər lenti
"Azərbaycan etibarlı tərəfdaş kimi öz funksiyasını layiqincə yerinə yetirir" - Deputat

"Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında qarşılıqlı anlaşma, hər iki tərəfin maraqlarını təmin edən əməkdaşlıq, eyni zamanda uzun illər ərzində əlaqələrin strateji tərəfdaşlıq əsasında inkişaf etməsini bir daha sübut edir".
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, Azərbaycan və Rumıniya arasında əlaqələrin mütləq üstünlüyünü enerji əməkdaşlığı təşkil edir. Belə ki, ölkəmiz Rumıniyaya neft və qaz ixrac etməklə yanaşı həm də Avropanın digər ölkələrinin də energetika sahəsində təminatını həyata keçirir.
"Bütövlükdə dünya gündəliyinin mərkəzində olan bu məsələdə Azərbaycan etibarlı tərəfdaş kimi öz funksiyasını layiqincə yerinə yetirir",- deyə siyasətçi qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar