Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ruminiya ilə ölkəmiz arasında əlaqələrin inkişafında yeni istiqamətlər müəyyənləşib – Deputat

Tarix: 04-02-2023 14:44     Baxış: 3289 A- / A+



Rumıniya prezidenti Klaus Yohannisin Azərbaycana səfəri, onun Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası tədbirində iştirakı mühüm önəm kəsb edir. Paytaxtımızda keçirilən 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarına bir sıra vacib qonaqlar qatılıb. Bu mənada Rumıniya prezidentinin bu mötəbər tədbirdə iştirakı onun enerji təhlükəsizliyi məsələsində Azərbaycanla əməkdaşlığa vermiş önəm xüsusi ilə diqqəti cəlb edir.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, hazırda dünyada baş verən proseslər fonunda Azərbaycanın enerji təhlükəsizliyi məsələsində oynamış olduğu rol mühüm əhəmiyyətə malikdir: “Rumıniya prezidentinin də səfərində enerji daşıyıcıları məsələsi və digər vacib istiqamətlər günəmdə olub. Artıq ölkələr arasında münasibətlərin xarakterinə uyğun sənədlər imzalanıb. Sözsüz ki, bu günə qədər də hər iki ölkə bir sıra beynəlxalq tədbirlərdə bir-birinin maraqlarını ifadə edən mövqe ortaya qoyub. Bu baxınmdan Bakıda keçirilən vacib enerji tədbirində Rumıniya prezidentinin iştırakı iki ölkə arasında əlaqələrin bundan sonrakı inkişafı üçün yeni istiqamətlər açacaq”.
Deputat deyib ki, bu səfər iki ölkə arasında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlığın xarakterini təcəssüm etdirir: “Hazırda Azərbaycanla Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu baxımdan münasibətlərin hazırkı səviyyəsində aparılan danışıqlar sözsüz ki, hər iki ölkənin maraqlarına cavab verir. Artıq bu münasibətlərin xarakterinin ifadəsi olaraq iki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Eyni zamanda iqtisadi əlaqələrdə də vacib irəliləyişə nail olunub. Dövlətlərin ticarət dövriyyəsinin şaxələndirilməsi üçün atacağı əlavə addımlar bu sahədə mühüm irəliləyişə səbəb olacağı gözləniləndir”.
Aqil Məmmədov Azərbaycanla Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığından bəhs edib: ”Sözsüz ki, bu gün energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrində deyil, bütövlükdə dünya gündəliyinin mərkəzində olan vacib məsələ kimi önə çıxır. Rumıniyaya daha çox Azərbaycandan neft məhsulları ixrac edilir. Amma digər vacib enerji məhsullarının da bu ölkəyə çatdırılması mümkün olacaq. Bu xüsusda təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək. Bununla da artıq Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatmış olacaq. Eyni zamanda Rumıniya vasitəsi ilə digər Avropa ölkələrinə də Azərbaycan qazının nəqli reallaşacaq”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar