Xəbər lenti
"Viktor Orbanın prezidentimiz barədə fikirlərini dünyaya mesaj kimi qəbul etmək lazımdır" - Deputat

"Azərbaycan Avropa əlaqələri istər siyasi istərsə də iqtisadi baxımdan hər gün öz inkişaf mərhələsini yaşayır. Əbəs yerə deyil ki, dövlətimiz etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Təbii ki, bunun da öz əsaslı səbəbləri vardır. Belə ki, ölkə rəhbərinin timsalında Azərbaycan veridiyi sözə sahib olan ölkə kimi tanınır".
Manevr.az xəbər verir ki, bu fikirləri ölkə rəhbərinin Macarıstana səfəri barədə danışarkən Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, son iki ildə Avropanın enerji təchizatını həyata keçirməklə yanaşı ölkəmiz bütün sahələrdə mədəniyyət, turizm, kənd təsərrüfatı, təhsil kimi vacib istiqamətlərdə önəmli əməkdaşlığa imza atmışdır. Azərbaycan Macarıstan əlaqələri də məhz bu qəbildəndir.

M.Məmmədli həmçinin qeyd edib ki, dünyanın çətin dövründə, çətin həmsərhəd ölkələrin əhatəsində dövlət idarə etməyin nə qədər ağır və məsuliyyətli olmasını baş nazirin vurğulaması reallıq kimi qəbul edilməlidir. Verilən bu qiymət həm dövlətimiz adına, həm millətimiz adına həqiqətən də qürurvericidir!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar