Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“SEPAH-ın bir generalı Azərbaycanda iş adamı kimi...” – Partiya sədri

Tarix: 03-02-2023 17:44     Baxış: 3255 A- / A+

“Son 30 ildə Azərbaycanın azadlıq mübarizəsində İran hər zaman işğalçı Ermənistanın yanında olub. Onlar Azərbaycana qarşı müharibədə, terrorizmin bütün növlərində, iqtisadi təxribatlarda – hər şeydə bir yerdə olublar. Bununla yanaşı, Azərbaycan Respublikasında “xomeyniçiliy”in geniş yayılması, İran ekspansiyasının genişlənməsi üçün təşkilatlanıb. Terrorçu təşkilatlarının bütün növlərini Azərbaycanda təşkilatlandırıb – “Huseyniyyun”, “Hizbullah”, hətta HƏMAS-ın güclərini belə Azərbaycanda yerləşdirib, kifayət qədər iş görsün”.
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında “Turan” Partiyasının sədri Cahandar Bayoğlu deyib.
Partiya sədri son günlər İranla Azərbaycan arasında gərginləşən münasibətlərin fonunda ötən il Zəngəzur dəhlizinə alternativ olaraq imzalanmış Naxçıvan yolunun sonrakı aqibətindən və bu sənədin gələcək taleyindən söz açıb.
C. Bayoğluya görə, İranın Azərbaycanın dini sektasını ələ alması da heç kimə sirr deyil:
“Bununla yanaşı, onlar guya, İmam Xomeyni adına “İmdad” Xeyriyyə Komitəsi qurmuşdular. Bunun da rəhbəri Seyi Əliəkbər Ocaqnejad idi. Bununla da onlar Azərbaycandakı fəaliyyəti dövrü, ancaq Azərbaycan dövlətini sarsıtmaqla məşğul olan agentura şəbəkəsi yaratmağı planlayırdı.
Bunlar ölkədə kifayət qədər zəngin iş birliyinə nail ola, eləcə də böyük iş adamlarını Azərbaycana gətirə biliblər. Məsələn, SEPAH-ın bir generalı Azərbaycanda iş adamı ola bilib. Bununla yanaşı, çoxsaylı iş adamlarını Azərbaycanda formalaşdırıblar. Kartof-soğandan tutmuş narkotik biznesinə qədər hamısı İranın nəzarətində olub. Böyük təşkilatlanma isə İranı daha da iştahalandırıb”.
TP sədrinin qənaətinə görə, son 44 günlük qələbəmizdən sonra fars şovinizmi artıq öz cildini gizlədə bilməyib və Azərbaycanla açıq müharibəyə keçib:
“Azərbaycan isə bütün dövrlərdə çalışıb ki, İranla qonşuluq münasibətləri qursun. Bunun da əsas səbəbi bizim zəif olmağımızdan qaynaqlanırdı. Çünki erməni işğalından sonra böyük güclərin Azərbaycana qarşı olduğu bir dövrdə dövlətimizin belə addımlar atması çox doğru və düzgün idi. Lakin qarşı tərəf bundan olduqca, əleyhimizə yararlanıb, ölkədə ciddi təşkilatlandı.
İran Naxçıvanda Vasif Talıbovun üzərindən Azərbaycana qəsd siyasətini həyata keçirə bilib, Ramiz Mehdiyevin əliylə ölkədə təşkilatlanıb, Azərbaycan media quruluşlarına, elm ocaqlarına, dövlət qurumlarında İranın təşkilatlanmasına fars rejimi şərait yaradıb. Baxmayaraq ki, İran müharibədən sonra qalib Azərbaycana düşmənçilik siyasəti yerdirdisə, Azərbaycan Prezidenti qonşu dövlətlərlə münasibətlərin yaxşı olması üçün yenə də ona bir haqq qazandırmaq, sərt mövqe sərgiləməmək naminə bu ölkəyə “3+3” barışıq təklifi etdi. İran isə bundan imtina etdi və bölgədə sabitliyin olmasını istəmədi”.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə çalışdı ki, bölgədə sülh olsun:
“Biz bu addımları atdıqca da, İran hər dəfə qudurdu. Azərbaycan sərhədlərində SEPAH-ın hərbi təlimlərini etmək, bizimlə qəsd diliylə danışmaq, dövlətimizi tanımayıb ona “Bakı Hökuməti” demək, siyasi hakimiyyəti sionizmin əlaltıları adlandırmaq kimi ən alçaldıcı təhqirləri səsləndirməyə başladılar.
Lakin yenə də buna baxmayaraq, Azərbaycan hökuməti dedi ki, əgər Zəngəzur dəhlizini istəmirsinizsə, bunu İrandan edək. Çünki bizə Naxçıvanla əlaqə lazımdır, ona görə də sizin ərazinizdən Naxçıvana bir yol çəkək. İran müəyyən mənada, guya, bununla razılaşsa da, daha sonra məlum oldu ki, İran heç bunu da istəmir”.
C. Bayoğlu əlavə edib ki, nəhayət, İran Ermənistanla müttəfiqlik sazişi imzalayaraq, Azərbaycana qarşı açıq savaşa girdi, Xankəndidə olan mitinqlərə SEPAH-ın əsgərlərini gətirdilər, Zəngəzurda – Qafanda konsulluq açaraq, orada SEPAH-ın silahlı birliklərini yerləşdirdilər, açıq-açıq Azərbaycana qəsd etdilər:
“Hətta sentyabrın 12-13-də Qərbi Zəngəzurdan Azərbaycan ərazisinə olan hərbi təcavüzdə birbaşa iştirak etdilər, dronlarla, hərbi birliklər və zabit korpsularıyla savaşın içərisində oldular. Bu gün də bu savaşı davam etdirirlər. Belə bir durumda isə Azərbaycan özünün sərt mövqeyini ortaya qoymalıydı.
Bundan əlavə, Prezidenti İlham Əliyevin simasında İrandakı soydaşlarımızın haqq və hüquqlarının qorunması ilə bağlı ard-arda verilən bəyanatlar artıq İranın müəyyən mənada yerində oturdulmasıyla nəticələndi. Bundan sonra İran terrorizm siyasətinə keçdi və səfirliyimizə terror aktı həyata keçirdi”.
O, hesab edir ki, bununla da İran bütün danışıq və müzakirələrin üstündən xətt çəkməyə qərar verdi:
“Onların bu mövqeyə gəlmsəsində isə erməni və fransız qardaşlığı rol oynayır. Belə bir durumda təbii ki, söhbət İran ərazisindən hər hansı bir nəqliyyatın gerçəkləşməsindən deyil, məhz İranın Azərbaycan olmasından gedir və biz bunun uğrunda savaşmalıyıq. Bu gün Azərbaycan dövləti 40 milyonluq azərbaycanlıların haqq və hüquqlarıyla yanaşı, onların təhlükəsizlik məsələlərinə də önəm verir. Biz bu cavabdehliyi üzərimizə götürürksə, artıq Azərbaycan 10 milyonluq deyil, 70 milyonluq bir dövlət kimi təşkilatlanıb, 70 milyonluq bir millət kimi sərhədləri dəf edib Bütöv Azərbaycanı qurmalıdır!”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar