Fransa Prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün Parisdə görüşüblər.
Manevr.az bildirir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
"Baş nazir Benyamin Netanyahu bu gün axşam Yelisey sarayında Fransa prezidenti Emmanuel Makron ilə görüşüb. İki lider İranın nüvə təhlükəsinə qarşı mübarizə yollarını ətraflı müzakirə ediblər. Baş nazir Netanyahu vurğulayıb ki, İranı Yaxın Şərqdə dayandırmaq lazımdır. O, həmçinin İran rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu Avropa İttifaqının terrorçu siyahısına daxil edilməsinə çağırış edib", - deyə bildirilib.
Bundan əlavə, qeyd olunub ki, tərəflər regional vəziyyəti xüsusən də Livanda sabitliyin qorunmasının zəruriliyini müzakirə ediblər.
Xəbər lenti
Netanyahu və Makron İranı müzakirə etdilər

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar