Xəbər lenti
Bu casus şəbəkəsinin ifşa edilməsi başlanğıcdır - Bundan sonra İrana simpatiya ilə yanaşan...
Azərbaycanın Tehranda yerləşən səfirliyinə xain terror hücumunun təşkil olunması, onun yaratdığı nəticələr, bir şəhidimizin və iki yaralımızın olması, eləcə də terrorçunun səfirliyin mühafizə xidməti əməkdaşı tərəfindən igidliklə zərərsizləşdirilməsi həm də Azərbaycan dövlətinin bir sıra tədbirlər həyata keçirməsi ilə nəticələndi. Artıq Azərbaycan Daxili İşlər Nazirliyinin əməliyyat keçirərək İranın casus şəbəkəsini ifşa etməsi və bir sıra şəxsləri həbs etməsi də göstərir ki, ölkəmiz bu sahədə siyasi iradə nümayiş etdirəcək, qətiyyətini bundan sonra da davam etdirəcək.
Bunu publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O qeyd edib ki, bu şəbəkənin ifşa edilməsi, 7 nəfərin həbs olunması, hələ başlanğıcdır: “Çünki İran 30 il ərzində burada özünə kifayət qədər dayaqlar formalaşdırmağa çalışıb, müxtəlif təbliğat həyata keçirilib. İranda dini təhsil adı altında beyinlərin yuyulması icra olunub. Biz artıq bunun mənfi fəsadlarını görürük. İran həmin şəxsləri özü üçün proksi dayaqlar, yumşaq güc elementlərinin tətbiqi istiqamətində görürdüsə, biz görürük ki, onlar artıq radikal meyl almağa başlayıb və sosial şəbəkələrdə, media seqmentində çox geniş yayılmış terminlə ifadə etsək, artıq radikal qruplaşmaların terrorçu meyllərə çevrilməsi müşahidə olunmaqdadır”.
İlyas Hüseynov qeyd edib ki, Azərbaycan da öz təhlükəsizliyini qorumaq, vətəndaşlarının həyatını təmin etmək nöqteyi-nəzərindən bu addımları atır: “Düşünürəm ki, gələcəkdə də Azərbaycanda separatizmin, terrorçuluğun, kriminal elementlərin, ekstremizmin və digər mənfi cərəyanların daha geniş vüsət almamasına qarşı öz önləyici tədbirlərini genişləndirməlidir. Həmçinin, bundan sonra İrana simpatiya ilə yanaşan, onun regional siyasətini təqdir edən bir sıra şəxslər də öz mesajlarını almalıdırır. Onlar da həyata keçirilən bu əməliyyatdan öz nəticələrini çıxarmalıdırlar ki, bir daha bizim milli təhlükəsizliyimizlə bağlı məsələlərdə çox ciddi götür-qoy etsinlər və Azərbaycanın təhlükəsizliyi naminə öz qənaətlərini daha da gücləndirsinlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar