Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İran Azərbaycandan ÜZR İSTƏYİB?!

Tarix: 30-01-2023 14:03     Baxış: 4403 A- / A+


İran Azərbaycandan ÜZR İSTƏYİB?!Tehrandakı səfirliyimizə xain hücumdan sonra Azərbaycan gözlənilən addımı ataraq, diplomatik nümayəndəliyin fəaliyyətini dayandırmaq qərarına gəldi. 
 
Ötən gün səfirliyin əməkdaşları və ailə üzvləri İrandan təxliyə olundular. Bununla da rəsmi Bakı İrana rəsmi şəkildə öz etirazını bildirdi və terror dəstəkləyən ölkə ilə münasibətlərin bloklandığını elan etdi.
 
İran tərəfi isə terror aktına görə məsuliyyəti üzərinə götürüb, üzr istəmək əvəzinə, hadisənin şəxsi zəmində baş verdiyə dair nağıl uydurmaqla məşğuldur. Belə olan halda İranla bütün istiqamətlərdə təmasların davam edib-etməyəcəyi sual altına düşünür.
 

 
Mövzu ilə bağlı modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İrandakı bəzi dairələr Azərbayana qarşı təbliğat aparıldığından iki ölkə arasındakı münasibətlər pozulub. Ardınca terror olayının baş verməsi vəziyyəti daha da pisləşdirib:
 
“Vyana Konvensiyasına uyğun olaraq, İrandakı səfirliyimizin təhlükəsizliyi lazımı səviyyədə təmin olunmalı idi. Azərbaycan haqlı olaraq bunu tələb edir. Terror hadisəsi məsələni daha da qəlizləşdirdi. Beləliklə, Azərbaycan öz səfirliyini təxliyə etdi. Bu məqamda onu da nəzərə almaq lazımdır ki, İran faktiki olaraq müharibə şəraitindədir. Ölkədaxili qeyri-sabitlik, İran ərazisindəki hərbi münaqişələr bir sıra başqa ölkələrə də öz diplomatik təmsilçiliyinin səviyyəsini aşağı endirmək üçün əsaslar verib. İndi elə dövlətlər var ki, İrandakı səfirliyinin işini ya tamam dayandırıb, ya da onun səviyyəsini aşağı endirib”.
 
Eks-nazirin sözlərinə görə, Azərbaycan gələcəkdə əlaqələrin normallaşmasının tərəfdarıdır:
 
“Beynəlxalq səviyyədə böhranlar olur. Əslinə qalsa, böhranı yaradan səbəblər aradan qaldırılmalı idi. Yəni bu istiqamətdə addımlar atılmalı idi. Hadisənin baş verməsində biz birmənalı olaraq İranın səbəbkar olduğunu görürük. Hadisələr ciddi şəkildə araşdırılıb, öz layiqli qiymətini aldıqdan və günahkarlar cəzalandırıldıqdan sonra iki ölkə arasında əlaqələrin normallaşması istisna edilmir. Sözügedən işlərin həyata keçirilməsi prosesi daha da sürətləndirəcək”.
 
T.Zülfüqarov terrorçudan müsahibələrin alınmasına da münasibət bildirib:
 
“Beynəlxalq səviyyədə Azərbaycanın mövqeyi birmənalı olaraq dəstəkləndi. Ancaq hadisənin arxasında dayanan bəzi İran dairələri öz əməllərinin üzərini  örtməyə çalışırlar. Hücumu həyata keçirən şəxs müsahibələr verdi. Ona siyasi bəyanatlar üçün tribuna verildi. Bütün bunlar həm də onu göstərdi ki, hadisənin arxasında duran siyasi dairələr geniş imkanlara malikdir. Həmin siyasi dairələrin ifşa olunması vacibdir, onlar öz cəzalarını çəkməlidirlər”.
 

Keçmiş nazirin fikrincə, ermənipərəst İran dairələrinin bu işin arxasında olduğu istisna deyil:
 
“Biz başa düşməliyik ki, İran böyük dövlətdir. Onun siyasi elitasında fərqli düşünən qruplaşmalar var. Mütəxəssislərin sözlərinə görə, indi hakimiyyət radikalların əlindədir. Bu, Azərbaycanla əlaqənin kəskinləşməsində əsas faktorlardandır. Biz görürük ki, digər istiqamətlərdə də gərginlik o səviyyəyə çatıb ki, artıq İranda hərbi əməliyyatlar mövcuddur. Ümumilikdə götürdükdə bu hadisənin arxasında ermənipərəst qüvvələrin dayanması istisna edilmir. Anna Akopyanın (Ermənistan baş nazirinin həyat yoldaşı-red) İranda qarşılanması, ermənilərin xeyrinə ictimai tədbirlərin keçirilməsi, bu tədbirlərə İranın rəsmi nümayəndələrinin iştirakı sözügedən fikri dəstəkləyir”.
 
İran üzr istəsə, nə dəyişəcək?
 
T.Zülfüqarov suala cavabında deyib: “Mən İran tərəfinin üzr istəndiyini istisna etmirəm. Biz xarici işlər nazirinin yaralı səfirlik işçisini ziyarət etməsinin, İran Prezidentinin başsağlığı verməsinin şahidi olduq. Əlbəttə, prezidentlərarası danışıqda üzr istənilibsə, bu da rəsmi mövqedir. Ancaq üzr bəyan edilibsə, o öz əksini mediada da tapmalıdır. Hələ ki, belə bir hadisə müşahidə edilməyib. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, səfirliyin bərpası üçün İran gərək çox ciddi zəmanətlər versin.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar