Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İsrailin dəhşətli taktikası üzə çıxdı – İran şokdadır

Tarix: 30-01-2023 13:12     Baxış: 3250 A- / A+


Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumundan cəmi bir gün sonra, 28 yanvarda, axşam saatlarında İranın PUA istehsal edən müəssisəsinə, silah-sursat anbarlarına, neft müəssisələrinə endirilən zərbələr İranda şok effekti yaradıb.
Manevr.az xəbər verir ki, zərbələrin ardınca SEPAH-ın Suriya ilə İraq sərhədində yerləşən qərargahının, o qərargaha təchizat daşıyan yük maşınlarının məhv edilməsi isə ciddi panikaya səbəb olub.
Ötən gecə İran Teleqram kanallarında bu zərbələrin doğurduğu panika özünü tam şəkildə göstərirdi: Kürdüstan əyalətinin Banə şəhərində hava həyəcanının ardınca Tehran səmasında uçan qırıcıların İsrailə məxsus olması iddiası da bunun nəticəsi idi.
İsrail hələlik hücumun arxasında olduğunu rəsmən elan etməyib, rəsmi təkzib də yoxdur, əksinə, İsrail mediası öz mənbələrinə istinadla, bu hücumu İsrailin təşkil etmədiyi haqda ilkin məlumat yayıb. Buna baxmayaraq, dünya mediası hücumu İsrailin həyata keçirdiyini bildirir.
İsrail buna necə nail olub?
İsrailin İrana zərbə endirməsi ilk dəfə deyil. Ancaq İranın böyük bir ərazisinə eyni vaxtda bu cür hücum ilkdir. Bu hücumların dronlarla həyata keçirildiyi haqda məlumat isə İranı şoka salıb, elə dünyanın hərbi ekspertlərini də təəccübləndirib. İsrail PUA-ları min kilometrlərlə yol uçaraq İran ərazisinə necə girə bilib? Regionda bütün qonşuları hədələyən və bölgənin ən qüdrətli ordusuna malik olduğunu iddia edən İran bunu necə fərq edə bilməyib? İranın İraq və Suriyada yerləşdirdiyi sistemlər, ölkənin özünün havadan müdafiə sistemləri niyə dərhal işə düşməyib?
İranın Banə şəhərinə zərbə endirilməsini bəlkə də sərhədə yaxın olduğu üçün hansısa formada əsaslandırmaq mümkündür. Bəs, Təbriz? Bəs, İsfahan?
Təbriz Tehrandan şimalda, İsfahan isə cənubda yerləşir. Təbriz İraqla sərhəddən hava yolu ilə təxminən 200 km məsafədədir.
İsfahanla Təbrizin arası isə hava yolu ilə təxminən 800 km-dir; İsfahan İraqla sərhəddən təxminən 380 km məsafədə yerləşir.
Beləliklə, İsrail dronları İran sərhədini aşaraq, 380 km dərinliyə, 800 km enə malik böyük bir ərazidə - 300 min kv.km ərazidə bombardman həyata keçirib. Bu, İran üçün dəhşətli bir zərbədir.
İranın ərazisi 1 milyon 648 min kv.km-dan bir qədər çoxdur. Bu ərazinin bir hissəsi (Dəşti-Kəvir, Dəşti-Lüt də daxil olmaqla təxminən 110 min kv.km-dan çıx) səhralıqdır.
Bəlli olur ki, İsrail yalnız dronlarla ölkənin ən azı 20 faizinə - ən strateji ərazilərinə, ən böyük şəhərlərinə - hücum edə bilir, İran isə buna reaksiya vermək iqtidarında belə deyil.
İsrail bircə gecədə nəinki İran ərazisinin 1/5-nə hücum etmək, həm də paytaxtını lərzəyə gətirmək, ölkə hüdudlarından kənarda yerləşən qüvvələrini sıradan çıxarmaq gücündə olduğunu təsdiqlədi.
İranın cavabı nədir?
İki gündür hücum həyata keçirilib, SEPAH hücum edən dronlardan birinin dərhal vurulduğunu, digər ikisinin isə ələ keçirilib məhv edildiyini açıqlayır – ancaq ortada vurulan və ələ keçirilən dronların qalıqları yoxdur.
İki gündür İran hücumun hansı iqtisamətdən, necə həyata keçirildiyini və bu hücuma görə kimin dəqiqliklə məsuliyyət daşıdğını anlaya bilmir; Tehran rejimi şokdan ayılıb, özünə gəlib, hələ də bu hücumun necə reallaşdığını anlaya bilmir!
İrana sübut edildi ki, onun bir gecə içində ən strateji obyektlərini darmadağın etmək mümkündür.
Hələ burda ballistik raketlər, strateji bombardmançılar iştirak etməyib – yalnız dronlardır.
Məlum oldu ki, Ermənistan ərazisinin bütövlüyünü özünün ərazi bütövlüyü sayan İran nəinki işğalçı ölkənin, hətta özünün “qırmızı xəttini” qorumaq iqtidarında belə deyilmiş: İsrail bircə gecədə İranın “qırmızı xəttini” dronlarla “yaşıl”a çevirdi...axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar