“Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börnsün və ABŞ prezidentinin millit təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın İsrailə səfərləri ilə izah edirlər”.
“Yəqin Kremldə hesab ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olub. Həqiqətən İsrail İranda pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə də zərbə endirib. Bu, Kremldə suallar doğurmamış deyil. Çünki İsrail İranın nüvə çalışmalarından narahatdır və normalda həmin mərkəzlər hədəf götürülməli idi. Ancaq nüvə mərkəzləri hücuma məruz qalmayıb, Rusiyanı dron və hərbi sursatla təhciz edən mərkəzlər hədəf götürülüb. Bu da Kremldə belə bir şübhə yaradıb ki, hücum ya Vaşinqtonun təlimatıyla həyata keçirilib, ya da elə hücum dronları Amerikaya məxsus olub”, - o bildirib.
Politoloq bildirib ki, İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər:
“Tel-Əviv arqumentini iki amillə izah edir. Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır. Bu iki amil İsrail təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfər ərəfəsinə təsadüf edib. Böyük ehtimalla bu zərbələr ABŞ-la razılaşdırılıb. Təsadüfi deyil ki, ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib.
İsrail Təbriz yaxınlığındakı dron zavodunu, İsfahandakı hərbi müəssisəni və Malard şəhərinfəki hərbi təhcizat anbarını vurub. Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq. İsrail İran raketlərini havada neytrallaşdıracaq. İranın birbaşa İsrailə əli çatmayacaq. Ona görə yenə maliyyələşdirdiyi və silahlandırdığı qrupları hərəkətə gətirəcək. Aydındır ki, İsrail bu hücumdan sonra təhlükəsizlik tədbirlərini daha da artıracaq. Regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq”.publika.az