Xəbər lenti
Almaniyalı politoloq ermənilərin üzünə dedi:”Qərb Azərbaycanı dəstəkləyəcək”
“Qərb Bakıya real təzyiq göstərə bilməz, çünki orada tamamilə fərqli oyunçular üstünlük təşkil edir. Avropanın təsiri çox azdır. Bəlkə Amerika bu problemlərin həllinə qarışsaydı, o zaman nəsə etmək olardı”.
Manevr.az xəbər verir ki, bu barədə Almaniyadan olan politoloq Aleksandr Rar NEWS.am-ın “Güc faktoru” verilişində qonaq olarkən bildirib.
O hesab edir ki, son 30 il ərzində, 2020-ci ilə qədər Ermənistan Qərbdən çox dəstək alıb. Həmçinin, beynəlxalq hüquqda faktiki olaraq nəyin - dövlətin suveren ərazisinin toxunulmazlığı və ya özünüidarəetmə prinsipinin üstünlük təşkil etdiyi barədə çox mübahisələr var.
“Böyük mübahisələr var idi, lakin Kosovo müstəqillik əldə etdi və bu, Ermənistanın əlinə oynadı. O deyə bilərdi ki, Dağlıq Qarabağda öz milli azlığını Azərbaycandan qoruyur, ona görə də dünya birliyinin bir hissəsi Ermənistanın tərəfində idi. Amma Ukraynada müharibə başlayandan və ondan əvvəl başlayan münaqişələrdən sonra vəziyyət dəyişdi. Bütün Qərb qətiyyətlə belə bir mövqe tutdu ki, milli azlıqların öz müqəddəratını təyinetmə məsələsi arxa plana keçib. Ermənistan isə bu məsələdə ciddi dəstəyini itirdi, çünki beynəlxalq hüquq Qərbdə fərqli şərh olunmağa başladı. Ona görə də Qərb Azərbaycanın mövqeyini dəstəkləyəcək”, - politoloq vurğulayıb.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar