Xəbər lenti
“Bizə düşmən kimi baxırlar" - Cəlaloğludan İranla bağlı şok açıqlama
“Bu, öncədən planlaşdırılan terror hücumudur. Həmin şəxsin uşaqları ilə guya səfirliyə gəlməsi, hansısa “məişət vəziyyətinə” görə, bunu etməsi əslində qurulan siyasi səhnədir. Bir haldakı İran səfirliyi maneə olmayıbsa, səfirliyimizin təhlükəsizliyinə təminat verməyibsə, əksinə buna şərait yaradıbsa, deməli müəyyən orqanların bu işdə əli var. Burada hadisənin kimin törətməsindən asılı olmayaraq məsuliyyəti İran dövləti daşıyır”.
Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu Tehranda Azərbaycan səfirliyinə edilən xain hücum haqqında danışarkən bildirib.
Partiya sədri xüsusilə vurğulayıb ki, əgər səfirliyin təhlükəsizlik xidməti bu hücumun qarşısını almasaydı, terrorçu içəridə daha ağır nəticələr törədə, diplomatlarımızı öldürə bilərdi: “Eləcə də səfirliyi yandıra, səfiri də öldürə bilərdi. Bunların heç biri istisna edilmir”.
Cəlaloğlu deyib ki, hadisəni törədən şəxs mühakimə olunmalıdır: “Amma burada əsas məsələ İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsi, Azərbaycan səfirliyinin təhlükəsizliyinə təminat verməməsidir. Buna da beynəlxalq hüquqa uyğun şəkildə qiymət verilməlidir. Eləcə də İrandan konsepsiya tələb etməliyik.
İranda dəfələrlə Azərbaycanla bağlı radikal çıxışlar olub, səfirliyimizin önündə aksiyalar da təşkil edilib. İran hökuməti də indiyə qədər ortaya konkret münasibət qoymayıb.
“Aydın məsələdir. İran Azərbaycanla düşməndir. Əksi olsaydı İran rəhbərliyi dərhal hərəkətə keçərdi. Məsələn, İranın ölkəmizdəki səfirliyi dərhal Xarici İşlər Nazirliyinə gələrdi, rəsmi başsağlığı verərdi, üzr istəyərdi. Eləcə də İran xarici işlər naziri səfirliyimizə baş çəkər hadisəni pisləyən bəyanatla çıxış edərdi. Amma bunu etmirlər. Çünki bizə düşmən kimi baxırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar