Xəbər lenti
Lavrov İrəvana xəbərdarlıq etdi: Nikol cəzalanacaq?
Kremlin Baş nazir Nikol Paşinyanın Avropa Birliyi missiyasını Ermənistanla Azərbaycan təmas xəttində yerləşdirilməsindən narazılığı artıb. Əvvəlcə bu barədə bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verdi və bildirdi ki, Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası faydalıdır, digər tərəfdən Avropa Birliyinin missiyası Azərbaycanla razılaşdırılmadığına görə uğur qazanmayacaq. Nikol Paşinyan və Ermənistanın digər rəsmiləri Lavrovun açıqlamasını qulaqardına vurdular. Lavrov ötən gün ikinci cəhdini etdi.
Manevr.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin yanvarın 26-da yaydığı bəyanatda İrəvanın KTMT missiyasının göndərilməsi istiqamətində işi məntiqi sona çatdırmadan Avropa Birliyinin xeyrinə seçim etməyi üstün tutduğu müşahidə edilir:
“Bəyanatda qeyd edilir ki, əgər erməni müttəfiqlərimiz KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər.
Beləliklə, Kreml növbəti dəfə İrəvanı xəbərdar etdi. Paşinyan isə mövqeyində qətidir, o, Rusiya və KTMT-nin yerinə Avropanı və Fransanı seçib. Kreml Paşinyanı cəzalandırmaq barədə düşünməlidir. Kreml üçün problem ondadır ki, Ermənistandakı tərəfdarları zəifdir və Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmirlər. Paşinyana ən böyük zərbə Kremlin Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə “Azərbaycanın razı olmayacağı halda Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edəcək” şəklində bəyanat verməsi olar”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar