Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan anlamalıdır: Kreml Bakı ilə problem istəmir - Markedonov

Tarix: 26-01-2023 15:31     Baxış: 3298 A- / A+



İndi dolayı yolla İrəvanı Moskvaya qarşı qoymaq, rus sülhməramlı kontingentinin əməyini gözdən salmaq cəhdləri edilir. Ukrayna-Rusiya müharibəsi fonunda Qərblə qarşıdurmada qalan, sanksiyalar altında Türkiyə və Azərbaycandan asılı olan Rusiya əlavə problem istəmir. Kreml yumşaq reaksiya verməlidir. Ermənistan cəmiyyətində, siyasətçilərində müəyyən şişirdilmiş gözləntiləri müşahidə edirik. Sırf emosional baxımdan bunu başa düşürəm. Adi erməni gözləyir ki, müttəfiq nəsə daha sərt bəyanat versin, daha dəqiq mövqe tutsun, hansısa addım atsın. Əgər bu baş verməsə, o, başqa pəncərəyə baxmaq haqqında fikirləşir.
Manevr.az xəbər verir ki, bunu rusiyalı ekspert Sergey Markedonov deyib.
“Bu pəncərə Fransa ola bilər. Lakin Emmanuel Makronun 5 və ya 10 tviti vəziyyəti dəyişmir. Fransa hakimiyyət orqanları, məsələn, Qarabağa sülhməramlılar göndərməyə hazır olduqlarını bəyan etmədilər. Ona görə də bu tvitləri, xoş arzuları Kremlin konkret olaraq etdikləri ilə əvəzləmək cəhdi suallar doğurur. Qərb siyasəti Rusiyanı sıxışdırmağa yönəlib. Mövqeyimizi daha fəal təbliğ etməliyik. Bilirəm ki, bizdə özündən razılıq hissi yaranıb ki, Ermənistan bizim müttəfiqimizdir, nəyisə bir daha izah etmək nəyə lazımdır, hər şey aydındır. Amma hamı hər şeyi başa düşmür. Hətta aydın olan məqamları da izah etmək lazımdır. Problemlər həmişə var və onlar haqqında səmimi danışmaq lazımdır”, - o bildirib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar