Xəbər lenti
Azərbaycanda bu siyasi partiyalar ləğv olunacaq – SİYAHI
Milli Məclis tarixində ən çox müzakirə olunan qanun layihələrindən biri heç şübhəsiz “Siyasi partiyalar haqqında” qanun layihəsi idi. Belə ki, layihə üç oxunuşdan keçməklə yanaşı, həm də iki dəfə ictimai müzakirəyə çıxarıldı və sonda qəbul edildi.
Qanunun qəbulundan sonra partiyalar qarşısında yeni tələblər meydana çıxdı. Xüsusilə də, partiyanın qeydiyyat proseduru zamanı tələblər əvvəlkinə nisbətdə daha da artırıldı. Tələblərin artması bir çox partiyaların rəsmi qeydiyyat üçün işlərə start verməsinə səbəb olub.
Manevr.az xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Milli İstiqlal, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ağ, Azərbaycan Xalq, Böyük Quruluş, Demokratik İslahatlar, Milli Dirçəliş, Milli Cəbhə, Respublikaçı Alternativ partiyaları artıq qeydiyyat üçün çalışmalara başlayıb.
Lakin bəzi partiyalar var ki, onlardan hələlik səs-soraq gəlmir. Bu cür partiyaların sayı isə heç də az deyil.
Belə ki, ölkəmizdə rəsmi qeydiyyatda olan partiyaların sayı 59-a bərabədir. Üzv sayı ilə bağlı məsələdə məlumat əldə etmək isə bir qədər çətin məsələdir. Çünki əksər partiyalar bu mövzuda açıq məlumatlarını ictimaiyyətlə bölüşmürlər. Bəzilərinin isə reallıqdan uzaq rəqəmlər səsləndirməsi bu mövzuda informasiya kirliliyi yaradır.
Buna rəğmən, qanunvericiliyin əvvəlki tələblərinə görə partiyanın qeydiyyatdan keçməsi üçün min nəfər üzv sayı tələbi mövcud idi. Ona görə də, ən yaxşı ehtimalla bütün partiyaların bu tələbə cavab verdiyini təxmin etmək çətin deyil.
Amma bir neçə partiya var ki, onların fəaliyyətini davam etdirib-etdirməməsi belə qeyri-müəyyəndir. Xüsusilə də, uzun müddətdir maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən partiyalar bu siyahıda daha çox nəzərə çarpır.
Söhbət Azərbaycan Dirçəliş və Tərəqqi, Milli Dövlətçilik, Azərbaycan Xalq Cəbhəsi, Vahid Kommunist, Sosial Ədalət, Vətənpərvərlər, Azad Respublikaçılar, Azadlıq partiyalarından gedir.
Bu siyasi təşkilatlar artıq 3 ildən çoxdur ki maliyyə hesabatlarını MSK-ya təqdim etmirlər. Bunlarla yanaşı, rəhbəri bu il dünyasını dəyişmiş iki partiyada da hələlik səssizlik hökm sürür.
Həmin siyasi təşkilatlar, Sosial Demokrat və Milli Konqres partiyalarının liderləri Araz Əlizadə və İxtiyar Şirin ötən ilin payızında dünyalarını dəyişiblər. Adıçəkilən siyasətçilər müvafiq olaraq 6 oktyabr və 15 noyabr tarixlərində vəfat ediblər.
Sosial Demokrat Partiyasından mətbuata verilən açıqlamada qeyd edilmişdi ki, yeni sədrin seçilməsi üçün qurultay Araz Əlizadənin 40 mərasimindən sonra təşkil olunacaq. Lakin hələ də qurultaydan səs-soraq yoxdur. Milli Konqres Partiyasında da oxşar vəziyyət hökm sürür.
Məlumat üçün qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna görə, qeydiyyatda olan partiyalar 5 min üzv sayını toplamaq üçün 180 gün vaxt verilib. Əks təqdirdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.
Manevr.az
Qanunun qəbulundan sonra partiyalar qarşısında yeni tələblər meydana çıxdı. Xüsusilə də, partiyanın qeydiyyat proseduru zamanı tələblər əvvəlkinə nisbətdə daha da artırıldı. Tələblərin artması bir çox partiyaların rəsmi qeydiyyat üçün işlərə start verməsinə səbəb olub.
Lakin bəzi partiyalar var ki, onlardan hələlik səs-soraq gəlmir. Bu cür partiyaların sayı isə heç də az deyil.
Belə ki, ölkəmizdə rəsmi qeydiyyatda olan partiyaların sayı 59-a bərabədir. Üzv sayı ilə bağlı məsələdə məlumat əldə etmək isə bir qədər çətin məsələdir. Çünki əksər partiyalar bu mövzuda açıq məlumatlarını ictimaiyyətlə bölüşmürlər. Bəzilərinin isə reallıqdan uzaq rəqəmlər səsləndirməsi bu mövzuda informasiya kirliliyi yaradır.
Buna rəğmən, qanunvericiliyin əvvəlki tələblərinə görə partiyanın qeydiyyatdan keçməsi üçün min nəfər üzv sayı tələbi mövcud idi. Ona görə də, ən yaxşı ehtimalla bütün partiyaların bu tələbə cavab verdiyini təxmin etmək çətin deyil.
Amma bir neçə partiya var ki, onların fəaliyyətini davam etdirib-etdirməməsi belə qeyri-müəyyəndir. Xüsusilə də, uzun müddətdir maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən partiyalar bu siyahıda daha çox nəzərə çarpır.
Söhbət Azərbaycan Dirçəliş və Tərəqqi, Milli Dövlətçilik, Azərbaycan Xalq Cəbhəsi, Vahid Kommunist, Sosial Ədalət, Vətənpərvərlər, Azad Respublikaçılar, Azadlıq partiyalarından gedir.
Bu siyasi təşkilatlar artıq 3 ildən çoxdur ki maliyyə hesabatlarını MSK-ya təqdim etmirlər. Bunlarla yanaşı, rəhbəri bu il dünyasını dəyişmiş iki partiyada da hələlik səssizlik hökm sürür.
Həmin siyasi təşkilatlar, Sosial Demokrat və Milli Konqres partiyalarının liderləri Araz Əlizadə və İxtiyar Şirin ötən ilin payızında dünyalarını dəyişiblər. Adıçəkilən siyasətçilər müvafiq olaraq 6 oktyabr və 15 noyabr tarixlərində vəfat ediblər.
Sosial Demokrat Partiyasından mətbuata verilən açıqlamada qeyd edilmişdi ki, yeni sədrin seçilməsi üçün qurultay Araz Əlizadənin 40 mərasimindən sonra təşkil olunacaq. Lakin hələ də qurultaydan səs-soraq yoxdur. Milli Konqres Partiyasında da oxşar vəziyyət hökm sürür.
Məlumat üçün qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna görə, qeydiyyatda olan partiyalar 5 min üzv sayını toplamaq üçün 180 gün vaxt verilib. Əks təqdirdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar