Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni pullarının Azərbaycanda uçurduğu "GÖYƏRÇİNLƏR": Düşmənə satılanlar ... - FOTOFAKT

Tarix: 21-01-2023 14:22     Baxış: 3236 A- / A+

Laçın yolunda azərbaycanlı ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin başlatdığı dinc etiraz aksiya artıq 41 gündür ki, davam edir. Tam əminliklə deyə bilərik ki, bu etiraz aksiyası ilə artıq 41 gündür ki, Azərbaycan ərazisinə qeyri-qanuni heç nə daxil olmur, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdən Azərbaycan sərhəddindən keçərək Ermənistana Azərbaycana məxsus qızıl, filiz yataqları talan edilib daşınmır. Məqsədimiz də elə budur...Lakin Ermənistan tərəfi və qondarma rejim qalıqları Azərbaycanın bu etirazlarına məhəl qoymayacağı təqdirdə Bakıdan Laçın-Xankəndi yolundakı aksiyanı dayandırmağı gözləmək olduqca yanlış düşüncə tərzidir. Ona görə ki, Azərbaycan legitim ərazisində sivil qaydada dinc aksiyasını keçirir. Burada hər hansı bir humanitar blokadadan, ərzaq böhranından söhbət gedə bilməz. Çünki günün istənilən saatı Laçın yolu ilə Xankəndinə və rus sülhməramlılarının müvəqqəti nəzarət zonasından üzü Ermənistan istiqamətində həmin yol vasitəsi ilə humanitar məqsədlər üçün hərəkət edən nəqliyyat vasitələrinin keçidinə azərbaycanlı aksiya iştirakçıları dəhliz açaraq, çox böyük humanistlik nümayiş etdirib, buna şərait yaradırlar. Bundan nəyinki ermənilərin, bütün dünya ictimaiyyətinin də xəbəri var.
Lakin deyəsən özünə qarşı Ermənistan tərəfdən istər Birinci Qarabağ müharibəsi ərəfəsində, istər 30 illik işğal dövründə, istərsə də indinin özündə müxtəlif qeyri-adekvat addımların şahidi olan Azərbaycanın bütün bunlara rəğmən nümayiş etdirdiyi humanistlikdən, insan sevgisindən sapı özümüzdən olanların ya xəbərləri yoxdur, ya da erməni lobbisinin və Ermənistan hökümətinin rəsmi Bakıya qarşı başlatdığı 50 milyon dollarlıq yeni qarayaxma kompaniyasından "qidalanmaq" qərarı verən sapı özümüzdən olanlar həqiqətləri görməzdən gəlmək istəyirlər.
Təəssüflə deyə bilərik ki, Ermənistanın yalançı harayına xaricdə erməni lobbisinin təsiri altına düşənlərlə yanaşı, daxilimizdə sapı özümüzdən olan baltalar da dəstək verir. Hansılar ki uzun illərdir, xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı xəyanət yolunu tutublar. İndi də erməni yalanına dəstək verirlər. Bu, növbəti vətən xainliyi, növbəti xəyanətdir. Bu xəyanəti edən anti-milli qüvvələr uzun illərdir Ermənistan üzərindən aldıqları tezislərlə çıxış edirlər.

Erməni diasporasının, lobbiçilərinin maliyəsi ilə idarə olunanlar təkcə ölkə xaricində yox, elə Azərbaycanda da son günlər artıq özünü ciddi şəkildə büruzə verməyə başlayıb. Belələrindən biri Azərbaycanın sosial şəbəkələr seqmentində "Mikroskop Media" adı altında fəaliyyət göstərən səhifəni misal göstərə bilərəm. Artıq Azərbaycanda kifayət qədər oxucu kütləsini ətrafında toplamağı bacaran bu səhifənin işi-gücü son vaxtlar Laçın yolunda davam edən aksiyaya fokslanaraq, oradakı dinc etirazı ermənilərə qarşı "humanitar böhran", "etnik təmizləmə" adı altında təbliğ etməkdən başqa bir şey deyil.
Əslində, bu vəziyyət müharibədən sonra postkonflikt dövründə gözlənilən idi. Çünki daxildə və xaricdə Azərbaycanın haqq savaşının əleyhinə köklənən qüvvələrin rəsmi Bakıya qarşı etimadsızlıq yaratmaq cəhdlərinin artacağı öncədən bəlli idi. Buna kimi də erməni lobbisi çox həssas dönəmlərdə, məqamlarda daxildəki ermənipərəst dairələrin, qüvvələrin, şəxslərin nəfsi vasitəsi ilə onları necə idarə etməyi bacardıqlarını nümayiş etdiriblər. Pula-paraya görə Vətəninə-dövlətinə qarşı istənilən pisliyi etməyə hazır olanların varlığından çox yaxşı xəbərdar olan erməni lobbinistlər yenə iş başındadırlar.

Fotofakt: "Dağlıq Qarabağ Respublikasında talon sisteminə keçilib" yazısını ancaq bir erməni yaza bilərdi. Çünki, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edən, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid edənin bir adı var - erməni!!!
Erməni lobbinistlərin təsiri altında olan dairələrlə işbirliyindən çəkinməyən sapı özümüzdən olanlar çox açıq şəkildə kimə xidmət etdiklərini, hansı dairələrin əmr və tapşırırlarını icra etdiklərini, hansı "bulaqdan" qidalandıqlarını paylaşdıqları məlumatlarla açıq-aşkar nümayiş etdirirlər.
Orada yayılan mətnlərin məğzinə diqqət yetirsək görərik ki, "Mikroskop Media" adlı bu səhifə sırf olaraq erməni lobbisinin tezisi əsasında fəaliyyət göstərir. Bu azmış kimi həmin səhifəni işlədən(lər) həm də "Xankəndidə aclıqdır", "Ərzaq talonla verilir", Blokadadır", "Humanitar fəlakətdir" adı altnda hazırlanan materialları ingilis dilinə tərcümə edərək ölkə xaricinə ötürür.
Fotofakt: Bir məsələ nəzərdən qaçmır. "Mikroskop Media" bu paylaşımı ilə onların pul kisələrini dolduran erməni havadarlarına açıq-aydın hesabat verir!!!
Ermənistan mediasının separatçılığı təbliğ edən, Azərbaycan ərazi bütövlüyünə təhdid olan məsələlərlə bağlı yazılarını olduğu kimi kopyalayıb öz hesabında birə-bir paylaşan "Mikroskop media" adlı səhifəni işlədənlər məgər bilmirlər ki, onların bu etdikləri düşmən dəyirmanına su tökmək, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq vermək, Azərbaycanın tarixi və əbədi torpaqlarında ikinci erməni "dövlətinin" yaradılmasına rəvac verməkdən başqa bir şey deyil?!
Ermənistan dövlətinin Laçın yolundakı aksiya ilə bağlı öz ölkəsinin mediasında tezisləri erməni mediasının Azərbaycandakı nümayəndəliyi funksiyasını yerinə yetirərək olduğu kimi ictimaiyyətə çatdırmaq, sapı özümüzdən olanların Vətənə növbəti xəyanətindən başqa bir şey deyil. Əldə olunan materiallar deməyə əsas verir ki, bu adı çəkilən "Mikroskop Media"nın işi-gücü Laçın yolu ətrafında qurduğu qarayaxma, heç bir əsası olmayan, tamamilə dezinformasiya üzərində qurulan informasiya savaşında Ermənistana dəstək vermək deməkdir.
Çünki sənə düşmənçiliyindən əl çəkməyən, addımbaşı məkrli planlar qurub səni dünya ictimaiyyəti qarşısında təqsirli, güya cinayət törədirmiş kimi təqdim etməyə çalışan Ermənistanın istər sosial media seqmentində, istərsə də Kütləvi İnformasiya Vasitələrində (KİV) göydən yerə vurmaq üçün yollar axtaranların etdikləri paylaşımları, verdikləri materialları dəyişdirmədən, erməniçilik mövqeyindən çıxarmadan Azərbaycan oxucusuna çatdırmağın başqa adı yoxdur.

Az qala özünü Ermənistanın Azərbaycakı nümayəndəliyi kimi aparan "Mikroskop Media"nın bu "fəaliyyət"inin digər səbəbi isə təbii ki, gün kimi aydındır. Erməni lobbisinin maliyyə bulağından qidalandığı şübhələri artıq iddiadan çıxmağa başlayan bu "media" qurumun qarşısında tapşırıq qoyulub ki, bu cür dezinformasiyaların Azərbaycan sosial media seqmentində tirajlanması ilə informasiya savaşında Ermənistanı bir addım önə keçirsin.
Erməni lobbinistləri bu beyin müahribəsində sapı özümüzdən olan vətən xainlərinin faəliyyətindən yararlanaraq nəyəsə ümid bəsləyirlər. Onlar vasitəsi ilə dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, azərbaycanlılar Qarabağda güya etnik təmizləmə siyasətinə start verib. Bununla da Azərbaycana qarşı sanksiyalar paketinin gündəmə gəlməsi prosesini sürətləndirib, rəsmi Bakının diplomatik və iqtisadi imkanlarını tükətmək, manevr cəhdlərini minimuma endirməyə çalışırlar. Ermnistanın bu mübarizə üsulu əslində noprmal qarşılamaq olar, çünki ermənidən ancaq bunu gözləmək olar.
Hər şey gün kimi aydındır: Aksiyanı tənqid etmək olar, hətta bildirmək də olar ki, filankəslər haqlıdırlar. Amma erməni tezislərini olduğu kimi Azərbaycan və İngilis dilinə tərcümə edərək tirajlamaq, olduğu kimi təkrarlamaq Bakıya qarşı daxildə Ermənistanın hansısa bir strukturu qismində savaş açmaqdan başqa bir mənanı vermir.

Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, gənc könüllülər və ekoaktivistlər artıq 41 gündən artıqdır ki, haqqlı tələblərlə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz üçün Laçın-Xankəndi yolunda şaxta-qar demədən dinc aksiyasını davam etdirərək, "Ekoterrora son!", "Təbiəti qoruyaq!", "Mina terroruna son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" şüarlarının səsləndirilməsi ilə dünyaya əsl aksiya mədəniyyəti dərsi keçdiyi halda görürük ki, bu dinc aksiya erməniməramlıları və erməni dəyirmanına su tökən "Mikroskop Media" kimi sapı özümüzdən olan baltaları çox narahat etməyə başlayıb.
Bu eyni zamanda o deməkdir ki, aksiya öz müsbət nəticələrini verməkdədir və bu erməni havadarlarını ciddi şəkildə narahat edir. Vətən xaini olan, bəzi dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ikili standartlar həyata keçirməsinə maşa olan "özümüzünkülər" də ciblərini doldurmaq səbəbindən Azərbaycanı hədəfə almaqdan çəkinmirlər.
Lakin istər daxildəki "çürük ermənipərəstlər", istərsə də onları qrantları ilə Vətənini satmaq halına gətirtib çıxaran dairələrin bilsinlər ki, Azərbaycanın tələbləri yerinə yetirilənə qədər hava şəraitinin necəliyindən və təyziqlərdən asılı olmayaraq dinc aksiya davam edəcək.Milli.az
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar