Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Prezidentin Əbu-Dabiyə səfəri gələcək perespektivlər üçün mühüm rol oynayır" - Deputat

Tarix: 19-01-2023 13:39     Baxış: 3260 A- / A+

Müşfiq Məmmədli
Milli Məclisin deputatı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Əbu-Dabiyə işgüzar səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi saymaq olar. Beləki, ölkə rəhbərinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxışda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin strateji əhəmiyyət daşıdığını, maraq və mənafelərin üst-üstə düşdüyünü, regional və qlobal məsələlərdə eyni mövqedən çıxış etməsini xüsusi vurğuladı.

Fransa BMT Təhlükəsizlik Şurasında qaldırdığı Laçın-Xankəndi yolundakı vəziyyət ilə bağlı Qətnamə qəbul etdirmək cəhdinin qarşısını alan dörd ölkədən birinin Birləşmiş Ərəb Əmirlikləri olması iki ölkənin münasibətlərinin strateji əhəmiyyətə malik olmasının bir daha əyani sübutudur.
Tədbirdə Prezident İlham Əliyev ölkəmizin iqtisadi inkişaf göstəriciləri haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, Azərbaycanın enerji təhlükəsizliyini bir neçə il əvvəl təmin etdiyini qeyd etdi. Ölkə rəhbəri bərpa olunan enerji potensialı haqqında çıxışı zamanı dövlətimizin imkanlarından bəhs edərək Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi istehsalının mövcud olmasını bildirdi.
Qeyd olunan imkanlardan digər dövlətlərin də yararlanması üçün 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalayıblar. Bu Sazişin Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalandığını qeyd edən dövlət başçısı bu layihə çərçivəsində Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməsinin nəzərdə tutulur.
Ümumilikdə səfərin həm siyasi, həm də iqtisadi baxımdan uğurlu olduğunu, gələcək perespektivlər üçün mühüm rol oynadığını əminliklə söyləmək olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar