Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakının razılığı olmadan sərhəddə Aİ müşahidəçilərinin yerləşdirilməsi... - Lavrov

Tarix: 18-01-2023 15:29     Baxış: 3333 A- / A+

Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. 
Manevr.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə hansısa sabitliyi təmin etmək üçün KTMT missiyasının yaradılmasının zəruriliyini təbliğ edir.  Və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı belə bir sənədi razılaşdırdıq. Amma bunu qəbul etmək mümkün olmadı, çünki erməni həmkarlar bu sənəddə Azərbaycanın sərt şəkildə pislənməsini israr etməyə başladılar. İzah etdik ki, əgər söhbət qınaqdan, ritorikadan gedirsə, mövqelərin təqdim olunmasından gedirsə, burada hər kəs istədiyini etməkdə azaddır. Amma əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, görünür, bu, mütləq hansısa xarici əlamətlər, bəzi bəyanatlar və daha çox sərt ifadələrlə bağlı deyil. Biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq. Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, əslində Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan işə salınarsa, əks nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə əlavə qıcıqlandırmaya səbəb ola bilər”, - Lavrov bildirib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar