Xəbər lenti
Bakı separatçıları qova bilər: Xankəndində əslində nə baş verir?
Qarabağda separatçı-terrorçu rejim daxilində siyasi böhran yaranıb: rejimin yeni “parlament və prezident seçkiləri”nə getmək istədiyi, eləcə də Ruben Vardanyanın istefaya göndərilməsi xəbərləri yayıldı, bununla yanaşı, Araikin də istefaya getmək istədiyi, rejimin yenidən formalaşdırılması” haqda məlumatlar var; daha sonra “siyasi böhranın” həll edildiyi, yeni “seçkilər” olmayacağı, Ruben və Araikin yerində qaldığı məlumatları gəldi;
Laçın yolundakı aksiya fonunda Xankəndində baş verənlər rejimdaxili qarşıdurmanın kəskinləşməsindən xəbər verir. Və əsas proseslərin Vardanyan ətrafında yaşandığı bəllidir.
Vardanyanın önü Rusiya tərəfindən açılıb, 44 günlük müharibədən sonra erməni diasporu daxilində Paşinyanla problemləri yaranmış qanad da Rubeni dəstəkləyir. Bu vəziyyətdə hadisələrin mümkün inkişafı iki istiqamətdə ola bilər:
- Vardanyan separatçı rejimdə nəzarəti ələ alır;
- Xankəndidən İrəvan siyasətində müdaxilə edir, Qarabağda separatçı-terrorçu rejimin ləğvi reallaşarsa, Ermənistan siyasətinə transformasiya edərək, Paşinyana ciddi rəqib ola bilər;
Rubenin Qarabağa gətirilməsinin əsas hədəflərindən birinin məhz bu olduğu ehtimalı böyükdür və Paşinyanı narahat edən də budur. Xankəndində yaranmış vəziyyətin də bundan qaynaqlandığını deyə bilərik. Nikol proseslərin mümkün inkişafının qarşısını almaq üçün Araikdən Rubenin uzaqlaşdırılmasını tələb edir. Lakin Ruben istefaya getməkdən imtina etdi, onu göndərmək üçün “hökuməti” buraxmaq və yeni “seçkilər” keçirmək istəyirlər.
Son məlumatlara görə, Araiklə Ruben razılaşıb, nə istefa, nə də “seçkilər” olacaq, hərçənd, problem hələ də qalmaqdadır. Çünki Ermənistan hakimiyyətinin Vardanyana münasibəti Azərbaycanın təzyiqi qarşısında əzilən separatçılara əlavə çətinliklər yaradır.
Bu vəziyyətdə Bakı nə etməlidir?
Birincisi, qondarma rejim daxilində yaranmış qarşıdurmanın daha da kəskinləşməsi üçün təzyiqi gücləndirməli, həyat şərtləri çətinləşdirilməlidir: bu, erməni əhalisinin narazılığının tədricən rejimə qarşı çevrilməsinə də zəmin yarada bilər;
İkincisi, qondarma “rejim”in yenidən formalaşması məqsədilə yeni “seçkilər” gündəmə gələrsə, bunun baş tutmasının qarşısı alınmalıdır: bu situasiya rejimin mövcudluğunun faktiki ləğvi deməkdir;
Asif Nərimanlı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar