Xəbər lenti
Ermənistanla yeni müharibə riski... - Tofiq Zülfüqarov

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Qarabağda yeni müharibə riskinin artması ilə bağlı müxtəlif xarici mətbuat orqanlarında yayımlanan xəbərlər və ekspertlərin səsləndirdiyi fikirlər haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Diplomat müharibə riskini artıran səbəbləri sadalayıb:
“Ermənistanın daim təxribata, silaha əl atdığını görürük. Yeni müharibə riskinin artması ilə bağlı proqnozların verilməsinin də arxasında Ermənistanın müzakirələri ləngitməsi, onu manipulyasiya etməsi, 10 noyabr Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirməməsi, delimitasiya və demarkasiya prosesindən, sülh müqaviləsini imzalamaqdan boyun qaçırması, insan hüquqları pərdəsi altında Qarabağdakı separatçılara dəstək verməsi və s. səbəblər dayanır. Revanşist qüvvələr təxribatdan əl çəkmirlər və yeni təxribatların baş verməsi də istisna deyil. Azərbaycan isə haqlı olaraq belə addımlar qarşısında səssiz qalmayacaq, qarşı tərəfin təxribatlarına lazımi cavab veriləcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar