Xəbər lenti
“Taliban” Azərbaycanı da ələ keçirməyi planlaşdırır
“Taliban”ın Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməsi əhalinin vəziyyətini bir az da ağırlaşdırıb. Sosial durum yalnız pisliyə doğru dəyişib. Qadınların hətta ibtidai təhsil almaq haqqı da qalmayıb. Qızlar zirzəmilərdə gizli oxumaq, yazmaq öyrənməyə çalışırlar. Onların ali təhsil ocaqlarında oxuması tamamilə qadağan edilib.
Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, “Taliban” təkcə Əfqanıstanla kifayətlənmək fikrində deyil. Terror təşkilatı qonşu ölkələri, ümumilikdə Yaxın Şərqi, Qafqazı ələ keçirməyi planlaşdırır. “Taliban”a yaxın sosial media səhifələrində yayılan video böyük müzakirəyə səbəb olub. Burada işğalçılıq planı xəritədə aydın göstərilir. “Taliban” xeyli ölkəni ələ keçirmək istəyir. Sıralamada Azərbaycanın adı da var. Radikal dini-siyasi hərəkat bizim ölkəni 2064-cü ildə işğal etməyi qarşısına məqsəd qoyub.“Taliban” guya 2026-cı ildə böyük qüvvə ilə hərəkətə keçəcək. Əvvəlcə Əfqanıstanın qonşusu Tacikistan zəbt ediləcək. Sonra Hindistanın (2029) və İranın yarısı (2032), Hindistan bütovlükdə (2035), Çin, Özbəkistan (hər ikisi 2036) və Türkmənistan (2037) işğal olunacaq. İranın tam ələ keçirilməsi 2040-cı ilə planlaşdırılır. “Taliban” İraqa növbənin 2043-cü, Suriyaya və Livana 2045-ci, İordaniyaya 2046-cı, Fələstinə 2047-ci, Səudiyyə Ərəbistanına 2050-ci ildə çatacağını iddia edir. “Taliban” Türkiyəyə də tamah salıb. Radikal hərəkat 2055-ci ildə belə böyük bir dövləti zəbt edə biləcəyinə inanır. Sonra Yəmən (2057), Misir (2060), Sudan (2061), Efiopiya, Eritreya, Qazaxıstan (hər üçü 2063) gəlir. “Taliban”da əmindirlər ki, Azərbaycanla Ermənistanı 2064-cı ildə birlikdə ələ keçirə biləcəklər. Videonun sonunda Gürcüstan (2065), hətta Rusiya (2070) gözə dəyir.
“Taliban” ümumilikdə 23 ölkəni özününküləşdirəcəyini fikirləşir. Yeni dövlət İslam İmperiyası adlanacaq.
Sosial mediada terror təşkilatının planını çox lağa qoyublar. Həqiqətən də, “Taliban”ın xülyası bütün sərhədləri aşıb. Radikal qruplaşmanın heç Əfqanıstanda uzun yaşayacağına inanmaq olmur. ABŞ-ın bölgədə iddiaları azalmasaydı, “Taliban” hakimiyyətə qayıda bilməyəcəkdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar