Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Vardanyanı Qarabağdan geri çağıracaq - Ermənistan mediası

Tarix: 17-01-2023 11:50     Baxış: 3249 A- / A+
Rusiya Vardanyanı Qarabağdan geri çağıracaq - Ermənistan mediası


Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyan tutduğu qondarma "vəzifədən” azad ediləcək. Bu barədə Ermənistan mediası məlumat yayıb. Vardanyanın Qarabağdan qovulmasının səbəbləri hələ ki, məlum deyil.

Bəzi mənbələrin yazdığına görə, bu uzaqlaşdırma onun son zamanlar verdiyi qalmaqallı açıqlamaları ilə bağlı ola bilər. Digər tərəfdən isə Ermənistan rəhbərliyi də Vardanyanı istəmirdi axı!? Rusiya Vardanyanı geri çağıra bilərmi?
Ruben Vardanyan 
Manevr.az-ın xəbərinə görə, Politoloq Turab Rzayev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, indiki Ermənistan rəhbərliyi ilə Vardanyan yola getmir. Yəni Qarabağa əsas nəzarət Rusiyanın əlindədir. Onlar da Paşinyanla yola getmirlər, çünki yenidən Ermənistanda hakimiyyəti ələ keçirmək istəyirlər. Bu zaman isə əks tərəf, yəni Paşinyan da təzyiq edir. O Azərbaycandan istifadə edərək deyir ki, “Azərbaycan heç bir halda sizinlə görüşmək istəmir. Başqası olsa, Azərbaycan yerli icmanın nümayəndəsi kimi onunla görüşə bilər, öz müzakirələrini apara bilər".
Digər tərəfdən isə Azərbaycan açıq şəkildə öz mövqeyini ortaya qoyur ki, “biz Vardanyana Moskvanın emissarı kimi baxırıq. Və heç bir halda Vardanyanı Qarabağ əhalisinin nümayəndəsi kimi qəbul edib görüş keçirməyəcəyik”. Politoloq qeyd edir ki, məhz buna görə Rusiya tərəfi məcbur olub Vardanyanı geri çağıra bilər. Bildiyimiz kimi Azərbaycan tərəfi Qarabağdakı icma ilə görüşə hazır olduğunu, amma bu görüşün Vardanyanla olmayacağını bəyan edir.
Turab Rzayev 
Paşinyan da Vardanyanı özünə rəqib gördüyünə görə, Azərbaycanın mövqeyini dilə gətirirək bundan istifadə edir.
“Paşinyanın fikri odur ki, Vardanyanı siyasətdən uzaqlaşdırsın. Bununla yanaşı, ola bilər ki, Rusiya tərəfi də Vardanyana alternativ namizəd irəli sürsün. Çünki Azərbaycan heç bir halda onu qəbul etməyəcək. Hazırda Moskvanın planlarının nə olacağı ilə bağlı danışmaq tezdir. Ola bilsin ki, növbəti seçki məhz Vardanyanı leqallaşdırmaq məqsədi daşısın. Yəni növbəti dəfə separatçı rejimdə qondarma seçki keçirərək Vardanyanı və yaxud Arutunyanı rəhbər vəzifəyə təyin edə bilərlər”,- deyən politoloq hələ ki, planlar barədə danışmağın erkən olduğunu qeyd edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar