Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovun qudası həbs oluna bilər – Nazir olanda görün, nələr edib...

Tarix: 12-01-2023 10:43     Baxış: 3298 A- / A+

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun “vurulması” onun özünün və yaxın ətrafının fəaliyyətindəki qaranlıq məqamların gün işığına çıxmasına səbəb oldu.  Talıbovların xanədanı çökəndən sonra məlum oldu ki, onlar Naxçıvanda hakimi-mütləq olduqları təxminən 27 il ərzində ağlasığmaz qanunsuzluqlara, hətta ağır cinayətlərə yol veriblər. 

Manevr.az yenisabah.az-a istinadən xəbər verir ki, Vasif Talıbovun könüllü istefaya getməsindən sonra onun ən yaxın adamlarından biri - qudası Fazil Ələkbərovun da başının üstünü qara buludlar alıb. Qızını Seymur Talıbova verəndən sonra bu ailə ilə qohum olan Fazil Ələkbərov qısa müddət ərzində Naxçıvanda əsas söz sahiblərindən birinə çevrilmişdi. 
1992-ci ildə sıravi polis çavuşu olan F.Ələkbərov Talıbovlarla qohumluğu sayəsində general-leytenant rütbəsinə yüksələ bilib. 
Maraqlıdır ki, F.Ələkbərov V.Talıbovun xalası oğlu olsa da, karyerasındakı irəliləyiş ikinci dəfə qohum olandan sonra baş verib. O, Vasif Talıbovun sərəncamı ilə 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub. 5 il bu vəzifədə çalışan F.Ələkbərov qudasının “mübarək imza”sı ilə 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. 
Perspektivli qudanın karyera nərdivanlarında sıçrayışı bununla da yekunlaşmayıb.  V.Talıbov 25 avqust 2017-ci ildə 80 - VFR nömrəli fərmanı ilə F.Ələkbərovu Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edib. 
Vasif Talıbovun himayəsi ilə 2016-cı ildə general-mayor rütbəsinə yiyələnən qudası 2018-ci ildən etibarən general-leytenant ali-hərbi rütbəsi ilə təltif edilib. 
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, general F.Ələkbərovun fəaliyyəti həmişə Naxçıvanda ciddi narazılıq doğurub. Onunla bağlı Bakıya yüzlərlə şikayət məktubu, teleqram göndərilib. Narazılığın pik həddə çatması Ali Məclis Sədrini öz qudası ilə bağlı ciddi tədbir görmək məcburiyyəti qarşısında qoyub. Nazirin fəaliyyətindən narazı qalanların sırasının genişləndiyini görən V.Talıbov 2021-ci il noyabr ayının 4-də onu istefaya göndərib.
Qeyd edək ki, Talıbovların zərərsizləşdirilməsi vaxtilə bu ailənin özbaşınalıqlarından əziyyət çəkən insanların öz hüquqları uğrunda mübarizəyə başlamasına səbəb olub. Sahibkarlardan tutmuş, ən müxtəlif peşə sahiblərinə kimi hüquqları pozulan naxçıvanlılar qanuni yollarla öz haqlarını geri almağa çalışırlar. Bu sırada vaxtilə F.Ələkbərov tərəfindən haqsızlığa düçar olmuş, incidilmiş, qeyri-qanuni işdən çıxarılmış, əmlakı əlindən alınmış adamlar da var. 
Naxçıvan sakinlərindən birinin saytımıza bildirdiyinə görə, bu günə kimi 100-dən çox insan  F.Ələkbərovun qanunsuz əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Hazırda Bakıda yaşayan generalın bir neçə dəfə ifadəsinin alındığı bildirilir. Hüquqi müstəvidə aparılan araşdırma nəticəsində onun həm Bakıda, həm də Naxçıvanda dindirildiyinə dair məlumatlar var. Naxçıvanda baş verən qanunsuzluqlarla bağlı aparılan istintaq tədbirlərinin F.Ələkbərovu həbs təhlükəsi ilə üz-üzə qoyduğu vurğulanıb. 
Hazırda təqaüddə olan general-leytnant F.Ələkbərovun gələcək taleyi daha çox qudası V.Talıbovun aqibətindən asılı olacaq. V.Talıbovun aqibətinin necə olacağı isə indi ən çox maraq doğuran məsələlərdən biridir...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar