Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

XİN başçısı: "Laçın yolundan qanunsuz fəaliyyətlər və mina təhdidləri üçün istifadə edilir"

Tarix: 11-01-2023 20:45     Baxış: 3270 A- / A+
XİN başçısı: "Laçın yolundan qanunsuz fəaliyyətlər və mina təhdidləri üçün istifadə edilir"

"Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilir".
Manevr.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz Bin Abdulla Əl-Şəhri ilə görüşündə bildirib.
Nazir Laçın yolunda azərbaycanlı fəalların etirazlarının səbəblərini qarşı tərəfin diqqətinə çatdırıb. Bundan əlavə, son 2 ildə Ermənistanın çoxsaylı təxribatları, o cümlədən erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarılmaması, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilməsi barədə məlumat təqdim edilib.
C.Bayramov həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı barədə qarşı tərəfə məlumat verib. Bu xüsusda, Səudiyyə Ərəbistanının 30 il ərzində ölkəmizə dəstəyi məmnunluqla vurğulanıb. Həmçinin Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar və təşəbbüslər, habelə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri və həyata keçirilən layihələr barədə qarşı tərəf məlumatlandırılıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar