Xəbər lenti
“Nə vaxta qədər erməni hiyləgərliyinin toruna düşəcəyik?!”
Hərbi ekspert bundan bir neçə gün öncə Azərbaycan postlarına yaxınlaşan erməni barəsində səslənən fikirlərə münasibət bildirib.
“Əslinə qalsa, bu günün özündə erməni min qələtlər edir, Azərbaycan mətbuatı da onu düşünmədən tirajlayır. Fikir verin, bu məlumat xarici dillərdə necə sürətlə tirajlanacaq ki, gəl-görəsən... “Ermənilər orada acından qırılırlar, azərbaycanlılar yolu bağlayıblar. Onlar da məcburiyyət qarşısında qalıb çörək istəyirlər” və s. məqalələri görəcəyik. Siz orada acından ölən bir erməni haqqında məlumat eşitmisiniz? Mən şəxsən yox”, – müsahibimiz vurğulayıb.
Ü. Cəfərov əlavə edib: “Separatçıların “dövlət naziri” Ruben Vardanyan deyib ki, onlara ərzağı Rusiya sülhməramlıları gətirib. Bu gün Xankəndidən Laçın istiqamətində 23 avtomobil hərəkət edib. Bu da bu gün saat 1-ə qalmış olan məlumatdır. İndi sual edirəm: bu 23 avtomobil nə işlə məşğuldur ki, onlar gün ərzində Xankəndiyə və Laçına gediblər? Aydın məsələdir ki, onlar separatçılara ərzaq və yanacaq daşıyırlar. Biz də bunu tirajlayaraq, erməniyə humanistlik göstəririk”.
Ü. Cəfərov həmin erməninin hərəkətlərini təəccüblü qarşılayıb:
“O, aksiya iştirakçılarına öpüş göndərir, xoş münasibət göstərir, onunla eyni avtomobildə gələn adamla qucaqlaşıb öpüşərək ayrılır. Mənə maraqlıdır ki, nə vaxta qədər insanlarımız erməni hiyləgərliyi və tülkülüyünün toruna düşəcəklər? Mən bu mənzərədən çox üzülürəm və narazılığımı bildirirəm. Çünki ermənilər bütün dünyaya hay çəkirlər ki, bunlar acından qırılırlar, Xocalı aeroportu açılmalıdır ki, bunlara zənbillərlə yemək daşınsın və s. 1 aydır bunlar rahat şəkildə öz işlərini görürlər, aksiya iştirakçılarının qarşısına da nə Volkov, nə də onun müavinləri çıxmır. Amma Volkov və müavinləri separatçılarla görüşür, Araik, Ruben də öz işini görür”.
“Ona görə də bu, Azərbaycan mətbuatının düşünmədən öz-özünü tora salmasıdır ki, guya ermənilər orada acdırlar və o, məcburiyyət qarşısında gəlib. Əslində, bu cümlənin içərisində çox şeylər gizlənir: ac erməni Azərbaycan əsgərinə yalvarır ki, mənə yemək və siqaret ver. Əgər ac olsaydılar, xeyli adam əsgərlərimizə yaxınlaşıb, kömək istəyərdilər. Amma mən elə bir şey görmədim”, – yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar