Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Ermənistan arasında bu tarixədək sülh olmayacaq..." - PROQNOZ

Tarix: 09-01-2023 12:10     Baxış: 39 506 A- / A+




Artıq 29 gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəallar tərəfindən etiraz aksiyası keçirilir.
 
Bu müddətdə Xankəndi istiqamətində nəqliyyat vasitələrinin keçməsi üçün şərait yaradılıb. Lakin rus sülhməramlılarının Xankəndi istiqamətinə zəruri məhsullardan əlavə silah-sursat daşıdığı iddia olunmaqdadır. 
 
Maraqlıdır, bu prosesin qarşısını hansı yolla almaq olar? 
 
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Şuşa-Xanəndi yolunda ekoloji postun yaradılmalı olduğunu deyib:
 
"Rusiya sülhməramlı qüvvələrinin maşın kolonları yoxlanılmalıdır. Xankəndi-Şuşa yolunda etiraz aksiyasına baxmayaraq, Ermənistan və Rusiya tərəfi geri addım atmır. Bu onu göstərir ki, Rusiya  Azərbaycanın etnik ermenilər üzərində suverenliyinə imkan vermək istəmir. Ermənistan da öz qoşunlarını Qarabağdan çıxarmayaraq sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Etirazlar bir aydır davam edir və mütləq şəkildə burada daimi ekoloji post yaradılmalıdır. Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin maşın karvanı yoxlanmalıdır. Çünki Rusiya sülhməramlı qüvvələrinin maşınlarında silah- sursat daşınır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda ermənilərə təminat daşımaq kimi nə öhdəlikləri, nə də vəzifəsi var. Onların həmin ərazidən daimi maşın kolonunun keçməsi əsaslı şübhələr yaradır. Azərbaycan tərəfi Xankəndi-Şuşa yolunda etiraz aksiyalarından geri çəkilməməli sona qədər buna gedərək ekoloji postu təsis etməlidir". 
 
Politoloq may ayına kimi Azərbaycanla Ermənistan arasındakı danışıqlarda müsbət nəticənin olmayacağını qeyd edib
 
"Azərbaycanla Ermənistan arasında danışıqlarda pauza var. Vaşinqton prosesi aparmaq və sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Moskvanın mövqeyinə gəldikdə isə Vladimir Putinin vasitəçiliyi ilə bir neçə sənəd imzalansa da, prosesin dalanda qalması maraqlarına cavab verir. Brüssel formatına gəldikdə, burada əsas pozuculuq fəaliyyətini Fransa edir. Yalnız ABŞ prosesi apara bilər. Həmçinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara İrəvana təzyiq edə bilər. 2023-ci il may ayına kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda müsbət irəliləyişlər olmayacaq. Türkiyədə cənab Ərdoğanın seçkilərdə qələbə qazanması ilə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində ciddi irəliləyişlər əldə olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar