Xəbər lenti
Sabiq xarici işlər naziri Əli Babacan Türkiyə prezidentliyinə namizəd ola bilər
Sabiq xarici işlər naziri Əli Babacanın rəhbərlik etdiyi müxalifət partiyası Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı məsləhətləşmələr aparır.Manevr.az Türkyə mediasına istinadla xəbər verir ki, Demokratiya və Sıçırayış Partiyasının (DEVA) sədri , keçmiş xarici işlər naziri Əli Babacan Türkiyədə müxalifətdən prezidentliyə namizəd olmağa hazır olduğunu bildirib:
"Partiyamızda məsləhətləşmələr aparılır, yekunlaşandan sonra "altı partiya masası"nda vəziyyətlə bağlı fikrimizi bildirəcəyik. Təbii ki, altı partiya namizədliyimi dəstəkləsə, mən də namizəd ola bilərəm. Ancaq qərar verilməlidir”, - deyə siyasətçi qeydedib.
Xatırladaq ki, Türkiyədə növbəti ümumi seçkilər - həm prezident, həm də parlament seçkiləri 2023-cü il iyunun 18-nə təyin edilib. Türkiyə dövlətinin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini irəli sürmək niyyətini daha əvvəl açıqlamışdı.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































