Xəbər lenti
Azərbaycanda Prezident Administrasiyası ləğv edildi SON DƏQİQƏ!
Prezident İlham Əliyev Milli Məclisə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə təqdim edib.
Layihədə qeyd olunur ki, sözügedən qanunun 1. 11.1.1.1-ci maddəsində "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi" sözləri "orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi" sözləri ilə, "Azərbaycan Respublikası Dövlət müşavirlərinin" sözləri "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin" sözləri ilə əvəz edilsin.
Belə ki, inzibati vəzifələrin ali təsnifatından Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi çıxarılır və Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ilə əvəzlənir.
Həmçinin Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlər vəzifəsi ilə əvəzlənir.
11.1.2.1-ci maddədə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini," sözləri "orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini," sözləri ilə, "habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri" sözləri "həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi" sözləri ilə əvəz edilsin.
Yəni, inzibati vəzifələrin birinci təsnifatında yer alan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini vəzifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini vəzifəsi ilə əvəzlənir.
Həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri isə həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi ilə əvəzlənir.
11.1.3.1-ci və 11.1.4.1-ci maddələrdə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında" sözləri "orqanda" sözü ilə əvəz edilsin.
Belə ki, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ləğv olunaraq Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan kimi fəaliyyət göstərəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar