Xəbər lenti
"Azərbaycan və Ermənistan sülh müqaviləsi ərəfəsində gərginlik yarada bilər" - Ekspert

Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması ərəfəsində gərginliyə səbəb ola bilər.
Manevr.az xəbər verir ki, bunu Valday Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski TASS-a müsahibəsində bildirib.
“Ola bilsin ki, indi bu ölkələr sülh müqaviləsi və ya hansısa saziş ərəfəsində kifayət qədər ciddi bəyanatlar verirlər. Eyni zamanda, bu bəyanatlardan sonra müqaviləyə əsaslı hazırlıq barədə bəyanatlar gəlir. Ona görə də siyasi ritorikanı işlərin real vəziyyətindən ayırmaq həmişə asan olmur”, - o deyib.
Bıstritski vurğulayıb ki, əvvəlki illərdə az-çox fundamental sazişin bağlanması ilə bağlı danışıqlar gedəndə tərəflər danışıqlarda mövqelərini gücləndirmək üçün bir-birlərinə qarşı təxribat xarakterli bəyanatlar da verirdilər.
“Mən belə xətti danışmazdım (Ermənistanla Azərbaycan arasında yeni münaqişənin yaranma ehtimalı haqqında). Hər zaman risklər var, biz bunu 2020-ci ildə görmüşük, lakin eyni zamanda hər iki tərəf başa düşür ki, hərbi əməliyyatlar ekstremal haldır”, - ekspert qeyd edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar