“30 il ərzində torpaqlarımız işğal altında olsa da, Azərbaycan öz hərbi qüdrəti sayəsində beynəlxalq hüququn təmin olunmasını ortaya qoyub, işğalçı qüvvəyə regionun sabitliyi üçün sülhün mümkünlüyünə dair təklif irəli sürüb. Azərbaycan Ermənistana 5 maddəlik sülh təklif edib.
2022-ci il ərzində Azərbaycan sülhün əldə edilməsi üçün əlindən gələni və bütün vasitələrdən istifadə edib. Təəssüf ki, bölgədə sabitlik deyil, xaos, anarxiya və eləcə də mübahisələrin mövcudluğunda maraqlı olan Ermənistan sülhə yaxın olduğunu söyləsə də, üzdə bir, praktikada isə başqa cür davranıb”.
Eskpertin qənaətinə görə, Fransanın, İranın və Ermənistanı daim türk dünyasının əleyhinə istifadə etməyə çalışan qüvvələrin təhrikləri ilə qonşu ölkə vəziyyəti gərginləşdirməyə çalışır:
“Ona görə də hesab edirəm ki, 2023-cü ildə sülhün əldə edilməsi üçün Azərbaycanın Ermənistana təzyiqləri daha artacaq. Əgər bu, xoşluqla olmasa, Ermənistanı zorla biz sülhə məcbur edəcəyik”.