Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə qarşıdurma yarandı:Cinayətkar rejim “əl dəyişir”

Tarix: 27-12-2022 14:14     Baxış: 4304 A- / A+


Xankəndidə qarşıdurma yarandı:Cinayətkar rejim “əl dəyişir”

Rusiyanın siyasi emissarı Ruben Vardanyanın Qarabağa gəlişindən sonra qondarma rejimin rəhbərliyində siyasi qarşıdurma yaranıb.
Manevr.az-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, cinayətkar rejimin başçısı Araik Arutyunyanın dekabrın 25-də Xankəndidə keçirilən mitinqdə çıxış etməməsi Qarabağda tədricən “hakimiyyət dəyişikliyi”nə başlanıldığını göstərir.
“Paşinyandan imtina edə bilməyən Arutyunyanın yerinə imtina etməyi bacaran Vardanyan “hakimiyyətə” gəlir. Yeri gəlmişkən, mənbələrimiz xəbər verir ki, qarabağlılar və Qarabağ hesabına güzəştə getməyə hazır olanların heç biri yeni kabinetdə olmayacaq. Bizə onu da bildirdilər ki, Ruben Vardanyanla “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Əgər əvvəllər Balasanyan ruslarla və azərbaycanlılarla əsas danışıqlar aparan şəxs idisə, indi arxa plana keçib və bazar mitinqinə belə qatılmayıb.
Mənbəmiz deyir ki, Vardanyan tələb edirdi: ya mən, ya da Balasanyan. Vitonun postla vidalaşacağı da istisna edilmir. Hətta bu postda onu Levon Mnatsakanyanın əvəz edə biləcəyi ehtimal edilir. Nəhayət, daha bir detal: “DQR”-in keçmiş “prezidenti” Bako Saakyan hakimiyyət dəyişikliyində fəal iştirak edir və Ruben Vardanyanı dəstəkləyir”,-deyə adıçəkilən qəzet yazır.
Qeyd edək ki, Bako Saakyanın Ruben Vardanyana dəstək verməsi onun Rusiyanın siyasi layihəsi olduğunu bir daha təsdiq edir. Saakyan Moskvanın adamıdır və hələ cinayətkar rejimə rəhbərlik etdiyi dövrdə onun Rusiya Müdafiə Nazirlyinin Baş Hərbi Kəşfiyyat İdarəsinin (QRU) agenti və zabiti olmasına dair məlumatlar ortaya çıxmışdı. Ona görə də bu sifarişin Bako Saakyana Moskvadan gəldiyi şübhə doğurmur.
Eyni zamanda, Saakyan Paşinyana qarşı əks siyasi düşərgədə yer alır və R.Köçəryana dəstək verir. Vardanyan isə Rusiya tərəfindən yalnız Azərbaycana deyil, həm də Paşinyana təzyiq “kart”ı kimi hazırlanıb. Bu baxımdan, Bako Saakyanla Vardanyanı Ermənistan hakimiyyətinə qarşı mübarizə birləşdirir.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar