Xəbər lenti
Azərbaycan-Serbiya əlaqələrində yeni mərhələ: Strateji tərəfdaşlığın vacib elementləri – Aqil Məmmədov
Cari ilin 21 dekabrdə Prezident İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata birgə veridikləri bəyanatda çox mühüm məqamlara toxunulub, vacib mesajlar verilib. Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərdən bəhs olunub. Sözsüz ki, Serbiya və Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan, bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir: “Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsi mühüm amil hesab edilir. Artıq hər iki hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verilib. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək. Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdır, Strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Bu mənada ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.
Deputat hesab edir ki, Azərbaycanla Serbiya arasında nəqliyyat-logistika sahəsində böyük potensial mövcuddur: “Hər iki ölkənin ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Təbii ki, burada uzlaşma və bağlantının yaradılması üçün iki dost ölkənin müvafiq qurumları qarşılıqlı şəkildə fəal iş aparacaq. Bununla bağlı artıq aidiyyatı qurumlar arasında təmaslar yaranıb. Məhz əlaqələrin bu səviyyədə inkişafında energetika sektoru mühüm önəm kəsb edir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyətli irəliləyişlər əldə olunub. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir. Təbii qaz, elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var. Bununla bağlı müvafiq danışıqlar aparılıb. Artıq gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaq”.
Aqil Məmmədova görə, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalayıb: “Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Eyni zamanda müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir. Bütün bu amillər onu deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin proqnozlar mövcuddur. Çünki ikitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulub”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar