Xəbər lenti
"Rusiyalı sülhməramlılar azərbaycanlıları güllələməli idilər" - rus ekspertdən sərsəm çağırış - VİDEO
"Bazar ertəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqudan soruşacağam. Bizdə İctimai Şura var. Deyəcəyəm ki, efirdə Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin (RSK) müdafiəsinə çıxış etmək məni Müdafiə Nazirliyinin İctimai
Şurasından kənarlaşdırmaq üçün yetərli əsasdırmı? Nədənsə mənə belə gəlir ki, Sergey Kujeqetoviç çox təəccüblənəcək".
Moskvadakı "Yaxın Şərq İnstitutu" adlı qeyri-hökumət təşkilatının rəhbəri, iqtisad elmləri namizədi, Rusiyanın federal telekanallarında "siyasi şərhçi" kimi təqdim olunan Yevgeni Satanovski belə deyib.
O, daha sonra bildirib: "Mən yola əllərində meqafonlar tutmuş bir dəstə insanın çıxmasından bəhs edirəm. Orada ilkin olaraq Türkiyə təşkilatı olan, indisə Azərbaycanda da bölmələri fəaliyyət göstərən aqressiv nasist təşkilatı "Boz Qurdlar"dan danışıram. O adamlar niyə "boz qurd" nişanları göstərdilər - bilmirəm. Görünür, həmin radikal təşkilatın o aksiyaya birbaşa dəxli var. Sülhməramlılara hücum olanda isə onlar aksiya iştirakçılarına atəş açmalı, kütləni qısa məsafədən atəşlərlə dağıtmalı idilər. Bu, mənim mövqeyimdir".
İfrat aqressiv şovinizmi, radikal millətçiliyi və neoimper təfəkkürü ilə tanınan Y.Satanovskinin açıqlamalarında, əslində, təəccüblü heç nə olmasa da, onun son müsahibəsi marazm, idiotizm və primitiv şovinizm nümunəsidir.
Çünki...
Əvvəla, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin "Terror təşkilatları" siyahısında heç bir "Boz Qurdlar" yoxdur. Rusiya Ədliyyə Nazirliyinin müvafiq siyahısında da sözügedən təşkilatın adına rast gəlinmir.
Laçın yolunda keçirilən aksiyaya gəldikdə isə, Azərbaycan vətəndaşları Azərbaycan ərazisindədir. Vətəndaşlarımızın da ölkənin istənilən yerində aksiya keçirmək hüququ var. Üstəlik, həmin aksiyalarda istəsələr "Boz Qurd", istəsələr Tibet Dalay-Lamasının "Sansara"sını, istəsələr də ABŞ-ın Qərb sahilindəki reperlərin simvollarını nümayiş etmək haqları var.
"Sülhməramlılar aksiya iştirakçılarına atəş açmalıydılar" demək üçünsə əsl idiot olmalısan. Silahsız, dinc aksiya iştirakçılarına atəş açılmasının hansı nəticələr verə biləcəyini Satanovski düşünübmü?
Satanovski anlayırmı ki, qarabağlı ermənilərin hər tərəfində Azərbaycan Ordusudur? Yaxud Rusiyanın Ukraynadakı müharibəsi, Moskvanın orada çox ağır zərbələr alması ona azlıq edir?
Görünən budur ki, adekvat davranışı və reallığı dəyərləndirmək imkanlarını itirmiş Yevgeni Satanovskinin şüurunda Rusiya "hər tərəfdən düşmənlə əhatə olunmuş ölkə"dir.
Satanovski Azərbaycanı və azərbaycanlıları təhqir edir, azərbaycanlılara atəş açılmasını arzulayır. Bu, Qarabağdakı rusiyalı sülhməramlıları düşünmək deyil.
Bu neoimper təfəkkürü, Rusiyanın ətrafında və qonşuluğunda olan xalqlarla dövlətləri ikinci, üçüncü növ sayıb onlara yuxarıdan aşağı baxmaqdır.
Belə yanaşma və baxış da təbii ki, analoji əks-təsir yaradır.milli.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar