Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Pandemiya müharibəyə əngəl deyil” - Politoloq

Tarix: 26-12-2022 14:56     Baxış: 3318 A- / A+
“Pandemiya müharibəyə əngəl deyil” - Politoloq 
“Pandemiya Çinə qayıdıb. Pekinin illərdir həyata keçirdiyi “sıfır COVID siyasəti”, sərt qapanmalar nəticə vermədi. Çində gündə milyonlarla insan yoluxur, say o qədər artıb ki, Pekin gündəlik xəstə sayını elan etməyəcəyini açıqlayıb. Bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan yoluxub. COVID paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb. Xəstəxanalar doludur. CNN-nin xəbərlərinə görə, Çində ölənlərin sayı da artıb. Çinli virusoloqların sözlərinə görə, hazırki COVID ilkin ştamdan fərqlidir”. 
Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub: 
“Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb. Bu arada, Çinlə Hindistan sərhədindəki son insident Dehlidə ciddi müzakirələrə səbəb olub. Hindistan parlamentində keçirilən müzakirələr zamanı “Hindistan Milli Konqresi” simasında müxalifət hökumətin siyasasətini tənqid edib. Müxalifət nümayəndələrinin fikrincə, hökumət ölkənin təhlükəsizliyini təimn edə bilmir. Müxalifət hökuməti Pekinlə münasibətlərə yenidən baxmağa çağırıb.
Halbuki, uzun onilliklər ərzində hakimiyyətdə olan “Hindistan Milli Konqresi” özü Çinlə sıx əlaqələrə malik idi. Hökumət müxalifətin tənqidlərini qəbul etmir. Hindistan hökuməti Çinlə sərhəddə kifayət qədər böyük hərbi bölmələr yerləşdirib. Çin 2020-ci ildən başlayaraq Hindistanla sərhədin dağlıq hissəsinə xeyli qoşun hissəsi toplayıb. Dehli Pekinin bu siyasətini cavabsız qoymayıb. Sərhəddə vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimalı böyükdür. Kiçik toqquşma böyük müharibəyə səbəb ola bilər”. 
Buna baxmayaraq, Çin Kommunist Partiyası ilə Hindistanın hakim “Bharata Canata” Partiyası arasında təmaslar davam edir:
“Hindistan müxalifətini narazı salan da budur. Böyük dövlətlərin planlarına pandemiyanın geniş yayılması da əngəl olmur. Çinlə Hindistan arasında iki il əvvəl sərhəddə toqquşma məhz COVID-in geniş yayıldığı günlərə təsadüf etmişdi”.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar