Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Naxçıvanda helikopterin vurulması təsadüf deyildi”

Tarix: 26-12-2022 09:20     Baxış: 3271 A- / A+

“Birincisi, Naxçıvan üç istiqamətdə Rusiyanın strateji nəzarətində olan Ermənistanla həmsərhəddir. İkincisi, Ermənistanın sərhədlərinin ruslar tərəfindən qorunduğunu nəzərə alsaq, bu o deməkdir ki, Naxçıvan elə Rusiya ilə də həmsərhəddir. Üçüncüsü, Naxçıvan bir tərəfdən də Rusiyanın strateji tərəfdaşı olan İranla həmsərhəddir. Ona görə də düşünməyin ki, Rusiya Naxçıvana uzaqdır. Burada “beşinci kolon”un tarixini və Ramiz Mehdiyev-Vasif Talıbov xəttini də nəzərə alsaq, görərik ki, əslində, Naxçıvan Rusiyaya çox yaxındır”. 
Manevr.az xəbər verir ki, bunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbər Azpolitika.info-ya müsahibəsində deyib. 
O, bildirib ki, Azərbaycan hakimiyyəti Rusiyanın “beşinci kolonu”nun mərkəzi hakimiyyətə təsirini azaltmaq məqsədilə bir sıra addımlar atmışdı, lakin bu əməliyyata qədər Naxçıvan diqqətdən kənarda qalmışdı.
S. Əkbər hesab edir ki, 2020-ci ilin 9 noyabrında Naxçıvan istiqamətində Rusiya helikopterinin vurulması da təsadüfi deyildi:
“Ümumiyyətlə, nə elmi, nə də dini baxımdan təsadüf yoxdur. Təsadüf insanların məlumatsızlıq ucbatından gəldiyi yanlış nəticədir. Əgər bunun öncədən xüsusi planlaşdırılmış bir təxribat əməli olduğu haqqında bizim məlumatımız olsaydı, o zaman burada heç bir təsadüfdən söhbət getmədiyi də aydın olacaqdı.
Bu, qətiyyən təsadüfi vurulma deyildi. Rusiya burada o təxribat əməliyyatını süni “casus belli” – müharibə elanı üçün formal səbəb, yəni bəhanə yaratmaq məqsədilə planlamış, təşkil etmiş və həyata keçirmişdi. Bu düşmən niyyətli əməliyyatda Naxçıvanın siyasi-hərbi rəhbərliyinin iştirakının araşdırılması mütləq lazımdır. Ən azı, oxşar təxribatların önlənməsi üçün. Məncə, cəmiyyətimiz də bu məsələnin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmasını gözləyir. Bu, həm də xüsusi ictimai maraq kəsb edən məsələdir. Burada biz təbii ki, qardaş Türkiyədən yardım almalıyıq. Eyni zamanda Azərbaycanla tərəfdaş olan dövlətlərdən, məsələn, İsraildən, Böyük Britaniyadan da kəşfiyyat dəstəyi istəyə və ala bilərik. Qısası, bu məsələ araşdırılmalıdır. Mən hadisənin baş verdiyi zaman da o fikirdə idim ki, belə süni müharibə səbəbi yaratmaqda Rusiyanın məqsədi Azərbaycanı müharibə ilə təhdid, şantaj etmə imkanı əldə etmək və bu yolla onu Xankəndinin qapısında ola-ola rus silahlı qüvvələrinin “sülhməramlı qüvvələr” adı altında oraya daxil olmasına razılıq verməyə məcbur etmək idi”.
Ekspert bildirib ki, helikopterin vurulması məsələsində Vasif Talıbovun məsuliyyət daşımasını düşünmək üçün ciddi əsaslar var və bu, ən azı istintaq versiyalarından biri olmalıdır.yenisabah.az
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar