Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilərdən Azərbaycana qarşı TƏXRİBAT

Tarix: 24-04-2017 18:01     Baxış: 4551 A- / A+
Ermənilərdən Azərbaycana qarşı

"24-27 aprel 2017-ci il tarixində Dubayda keçirilən və dünya boyunca ən nüfuzlu turizm sərgilərindən olan "Arabian Travel Market"də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib".

Manevr.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən bu fakt müəyyən olunub və dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilərək bu təxribatın qarşısı alınıb:

"Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb. Səfirlik və Baş konsulluq tərəfindən məsələ nəzarətdə saxlanılır".

O bildirib ki, sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan böyük stendlə təmsil olunur: "Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkəti iştirak edir"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar