Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan niyə sülh müqaviləsi imzalamaq istəmir? – “Gündəlikdən çıxarılıb”

Tarix: 24-12-2022 13:30     Baxış: 3273 A- / A+

“Sülh müqaviləsinin ilin sonunda imzalanmaması məsələsi Ermənistan hökumətinin tutduğu qeyri-konstruktiv mövqe ilə bağlıdır”.
Manevr.az xəbər verir k, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.
Politoloq Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe nəticəsində ilin sonunda imzalanması planlaşdırılan sülh müqaviləsinin gündəmdən çıxması məsələsinə münasibət bildirib.
Tarixə ekskurs edən siyasi analitik xatırladıb ki, bu barədə həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, həm də xarici işlər naziri Ararat Mirzoyan açıqlama vermişdi ki, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini imzalaya bilərik:
“Yəni bu kimi açıqlamalar çoxdur. Hətta Praqa görüşündə də belə bir razılaşma əldə olunmuşdu ki, yaxın zamanlarda sülh müqaviləsi imzalansın və sülh müqaviləsinin prinsipləri Praqa bəyanatında razılaşdırılmışdı”.
Mütəxəssis təəssüflənib ki, Ermənistan sonradan yenə də vəziyyəti gərginləşdirdi. Onun sözlərinə görə, Ermənistan hökuməti yalnız son aylarda deyil, İkinci Qarabağ müharibəsi bitdikdən 2 il sonra da ziddiyyətli mövqe sərgiləməyə davam etdi və bir-birindən fərqli açıqlamalar verdi:
“Sanki bu, onlarda bir xəstəliyə çevrilib. Bu səbəbdən də, ilin sonuna qədər Ermənistanla ölkəmiz arasında hər hansı bir sülh müqaviləsinin imzalanması gözlənilmir”.
Ekspertin qənaətinə görə, Ermənistan hakimiyyəti əvvəl üzərinə götürdüyü öhdəliklərə qarşı da bu yanaşmanı nümayiş etdirir:
“Bundan öncə imzalanmış üçtərəfli bəyanatlara da Ermənistan hakimiyyəti eyni mövqedən yanaşır və buna görə də iki ölkə arasında sülh quruculuğu prosesində hər hansı bir ciddi addım atmaq mümkün olmur. Bizim gözləntilərimiz də var idi, hətta Prezident Əliyev də bu barədə qeyd etmişdi, amma yenə də Ermənistanın günahı ucbatından bu ilin sonunadək sülh müqaviləsinin imzalanması gündəlikdən çıxarılıb”.
Siyasi təhlilçi indiki şərtlər daxilində sənədin imzalanmasını yaxın perspektivdə real görmür:
“Çünki Ermənistan, eləcə də Qarabağdakı separatçı rejim var gücləriylə vəziyyəti gərginləşməyə çalışırlar və bu məsələdə Ermənistan hökuməti separatçılara müəyyən mənada dəstək verir”.
Müsahibimiz əlavə edib ki, o, belə şərtlər altında və bu reallıqda gözləmir ki, hansısa addım atılsın, sülh müqaviləsi imzalansın:
“Ancaq hər halda biz Azərbaycan dövləti olaraq maraqlıyıq ki, Ermənistanla yekun sülh müqaviləsi imzalansın”.
“Beynəlxalq münasibətlər hər zaman dinamik bir sistemdir. Bu gün vəziyyət belədir, amma bir müddət sonra regionda və dünyadakı vəziyyət hansı forma alacaq – təbii ki, bunlar da 2 ölkə arasındakı danışıqlar prosesinə əhəmiyyətli formada təsir edəcək”, – deyə analitik gələcək perspektivdən danışarkən deyib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar