Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Prezident Talıbovu Bakıya çağırıb vaxt vermişdi…” - Vahid Əhmədov

Tarix: 23-12-2022 21:43     Baxış: 3305 A- / A+

Manevr.az Vasif Talıbovun istefa səbəbləri və bundan sonrakı proseslərlə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Azpolitika.info-ya müsahibəsini təqdim edir:
- Vasif Talıbovu tənqid edənlərdən biri də siz idiniz. İndi onun Naxçıvanın idarəçiliyindən uzaqlaşdırılmasını necə qiymətləndirirsiniz?
- Bu, gözlənilən idi. Gedən proseslər, Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyatlar göstərirdi ki, bu istefa gec-tez baş verəcək. Bu qərar verildi və Ali Məclisin sədri vəzifəsini artıq Talıbovun müavini icra edəcək. Amma bu, müvəqqəti haldır və gələcəkdə məsələnin necə həll ediləcəyinə dövlət başçısı qərar verəcək.
Hesab edirəm ki, Talıbovun istefasının çox ciddi səbəbləri var. Artıq araşdırmalar və yoxlamalar gedib, vəzifədə olan müəyyən insanlar həbs edilib. Bunların hamısı Naxçıvan rəhbərliyinin səhv addımlarının nəticəsində baş verib. Bu istiqamətdə işlər davam edir və mənim qənaətimə görə, bu işlər mütləq məntiqi sonluğa çatdırılacaq. Hətta elə şərait yaradılacaq ki, Talıbovun apardığı siyasət nəticəsində Naxçıvanı tərk edən əhalinin müəyyən hissəsi geri qayıdaraq orada iş quracaqlar, çalışacaqlar.
- Sizcə, Talıbovun hakimiyyətdən uzaqlaşdırılması Naxçıvanda konkret olaraq nələri dəyişəcək, hansı yenilikləri gözləmək olar?
- Naxçıvanda hakimiyyət orqanlarında müəyyən şəffaflıq yaradılacaq. Gömrük sistemindəki problemlər tədricən öz həllini tapmaqdadır. Bu yaxınlarda biz Gömrük Məcəlləsinə və “Gömrük Tarifi haqqında” Qanuna dəyişiklik etmişik. Bu dəyişikliklər yanvar ayından sonra Naxçıvanda da tətbiq olunacaq. Yəni, ciddi dəyişikliklər olmalıdır. Əsas məsələ odur ki, orada insanların iş yerləri, şəraitləri olsun, eləcə də aşkarlıq və şəffaflıq yaradılsın. Nəticədə Naxçıvanı tərk etmiş insanlar gəlib ailələrinə qovuşa, işləyə bilsinlər, həm özlərinə, həm də dövlətə xeyir versinlər.
- Düşünürsünüz ki, bundan sonra Naxçıvanı tərk edən on minlərlə insan geri dönəcək?
- Mən belə təsəvvür edirəm. Əgər əhali geri qayıtmayacaqsa, onda bu addımlar niyə atılır? Bu tədbirlərin səbəbi odur ki, yerli əhalidən də kifayət qədər şikayətlər var idi. Xeyli sayda naxçıvanlılar Türkiyədə, İranda, Rusiyada, elə Bakının özündə işləyir. Yəni, bu məsələlər öz həllini tapmalıdır. Əgər həllini tapmasa daha nə oldu, onda heç bir dəyişikliyə ehtiyac yaranmazdı ki...
İkincisi, cənab Prezident uzun müddətdir ki, islahatlara start verib. Diqqət edin, Qarabağın rayonlarında icra başçıları olduğu halda özünün xüsusi nümayəndələrini təyin etdi, yeni mexanizm qurdu. Faktiki olaraq bu sistem özünü doğrultmağa başlayıb. Çünki son iki il ərzində Qarabağda həmin nümayəndəliklər çoxlu uğurlu işlər görə bilib.
- Bəzi müşahidəçilər iddia edirlər ki, Talıbov İran və Rusiya ilə müəyyən əlaqələr qurubmuş və onun istefaya göndərilməsinin siyasi səbəbləri var. Siz isə daha çox iqtisadi məsələləri, korrupsiya və ədalətsiz idarəçiliyi səbəb kimi gətirirsiniz...
- Siyasi səbəb deyəndə, media onun İranla, elə Türkiyə ilə də əlaqələlərinə dair nələrsə yazıb. Əslində, bu əlaqələr dövlətin xeyrinə, iqtisadiyyatın inkişafına, əhalinin sosial durumunun və rifahının qaldırılmasına xeyir verirsə, burada problem yoxdur. Amma bu əlaqələr Naxçıvan əhalisinin xeyrinə olsaydı, insanlar oranı tərk etməzdi. İnsanların Naxçıvandan getməsinin səbəbləri var. Ya iş tapmayıblar, ya da incidiliblər. Yəni, bu məsələlərin eyni zamanda siyasi, iqtisadi, sosial tərəfləri var. Bunlar da kompleks şəkildə araşdırılıb və məlum tədbirlər görülüb. Nəticədə də Vasif Talıbov istefa verməli olub.
- Azərbaycan dövlət büdcəsindən Naxçıvana ildə 500 milyon manata yaxın dotasiya ayrılırdı. İndi oradakı bir neçə qurumda aşkar edilən qanunsuzluqlar göstərir ki, bu dotasiyaların böyük hissəsi mənimsənilib. Bəs, bundan sonra Naxçıvana dotasiya verilməsi məsələsi necə olacaq?
- Açığını deyim ki, dövlət başçısının tapşırığı ilə hökumətin iqtisadi bloku uzun müddətdir çalışır ki, rayonlar inkişaf etsin və dotasiya almasın, buna ehtiyac qalmasın. Məsələn, indi cəmi bir neçə rayona kiçik həcmdə dotasiya ayrılır. Bunlar da əsasən işğaldan azad edilən rayonlardır. Səhv etmirəmsə, rayonlarımızın 90 faizi dotasiya almır. Mən hesab edirəm ki, Naxçıvana da dotasiya mümkün qədər azaldılmalıdır. Amma bu, qısa müddətdə ola bilməz. Məncə, tədricən Naxçıvanda inkişaf olacaq, iş yerləri açılacaq, şəffaflıq təmin olunacaq, qayda-qanun yaradılacaq və buna uyğun olaraq da dotasiya azalacaq. Demirəm ki indi, amma bir neçə ilə bu hədəfə çatmaq mümkündür.
- Vasif Talıbovun Ramiz Mehdiyevlə yaxın əlaqələri haqqında da fikirlər səsləndirilir. Hətta buna görə də ona münasibətin dəyişdiyi bildirilir. Bunu nə dərəcədə inandırıcı sayırsınız?
- Belə əlaqələrin olması mümkündür. Ümumiyyətlə, dövlət başçısı humanist və müasir adamdır. O, incitmək istəmir, müəyyən vaxt verir, səhvi düzəltməyə şans tanıyır. Bir müddət əvvəl Naxçıvan rəhbəri Vasif Talıbovu Bakıya çağırmışdı və ona xəbərdarlıq etmiş, vaxt vermişdi. Sonda da öz qərarını verdi. Onun Ramiz Mehdiyevlə, digərləri ilə də əlaqələri ola bilər. Bu əlaqələrin hansı səviyyədə olması və hansı məqsəd daşıdığını deyə bilmərəm. Mətbuatda yazılanların da hamısına inanmaq olmur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar