Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Cənubi Qafqaz “qan gölünə” çevrilir? - Rusiyanın Azərbaycana qarşı qorxulu planı

Tarix: 23-12-2022 15:36     Baxış: 4292 A- / A+


Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas telekörpü zamanı bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb ola bilər. Bu situasiyada hər hansı bir qarşıdurma gözlənilirmi? Müharibə başlaması ehtimalı varmı?
Manevr.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət verdiyev publika.az-a açıqlamasında bildirib ki, Ermənistan revanşa cəhd etsə də, real vəziyyətdə Azərbaycana qarşı hər hansı bir fəaliyyətə , xüsusilə də hərbi əməliyyatlara başlaması gözlənilmir. Onun fikrincə, bölgədə yeni lokal hərbi toqquşmalar mümkündür, amma bunun regional müharibəyə çevrilməsi ehtimalı azdır.

Ekspert istisna etdi ki, kiçikmiqyaslı toqquşmalar, təxribatlar və genişmiqyaslı atəşkəs pozuntuları ola bilər.
Ə.Verdiyevin sözlərinə görə, regionada münaqişənin baş vermə ehtimalı heç bir halda Azərbaycan ilə əlaqələndirilə bilməz: “KTMT-nin baş katibi Stanislav Zasın bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlamasına dair səsləndirdiyi fikirlər Ermənistanın ərazisinə müxtəlif ölkələrdən qüvvələri cəlb etmək niyyətinin doğru olmadığına işarə edir. Amma bizə məlumdur ki, Ermənistan həm Avropa İttifaqı, həm də NATO-nu eyni zamanda Fransa qüvvələrini və İrandan olan qrupları ərazisinə cəlb edir. Bu da, təbii ki, hansısa bir münaqişənin baş vermə ehtimalını yüksəldir.
Stanislav Zas da məhz ermənistanın bu fəaliyyətlərini nəzərdə tutaraq Azərbaycan-Ermənistan sərhədində növbəti münaqişənin ola biləcəyi ehtimalını irəli sürür. Bu ehtimal heç bir halda Azərbaycan ilə əlaqələləndirilə bilməz".
KTMT tərəfindən Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. S.Zas bildirib ki, bu istiqamətdə bütün lazımi addımlar atılıb”. Onu da əlavə edib ki, KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifi qüvvədədir.
Politoloq Qabil Hüseynli hesab edir ki, bu, xüsusi düşünülmüş fikir Rusiyanın Ukraynadakı məğlubiyyətlərini qəsdən ört-basdır etmək üçün gündəmə gətirilən “ideyadır”: “Bu mümkünsüzdür. Hazırda Rusiya məğlubiyyətinin üzərində dayanan komandanın üzvləri müxtəlif nəzəri iddialar düşünürlər, həyata keçməsi mümkün olmayan fikirlər irəli sürürlər. Bu fikirlərdən daha çox şantaj, təzyiq elementi kimi istifadə edilir. Heç də sirr deyil ki, KTMT bir neçə dövlət dedikdə üzv ölkələri: Rusiya, Belarus və Ermənistanı nəzərdə tutur. Digər tərəfdən İranı da bu məsələnin gözünə qatmağa çalışır. Eyni zamanda Türkiyə, Azərbaycan, Pakistan və Gürcüstanın da prossesə cəlb olunacağı düşüncəsindədirlər”.

Politoloqun sözlərinə görə, regional müharibənin həyata keçməsi üçün birinci təşəbbüs Rusiya tərəfindən gerçəkləşməlidir. Lakin mövcud şərtlər daxilində Rusiya iqtisadiyyatının, hərbi-sənaye kompleksinin, silahlı qüvvələrinin hədsiz zəflədiyi bir zamanda belə bir təşəbbüs olacağını söyləmək çox çətindir: “Çünki Rusiya addım-addım həm siyasi, həm də iqtisadi cəhətdən iflasa doğru gedir. Həmçinin millətlərarası münaqişələr zəmnində qarşıdurmalar da sözügedən ölkə üçün qaçılmaz olacaq”.
Q.Hüseynli onu da vurğulayıb ki, bu fikirləri Zasın növbəti avantürası kimi qəbul etmək lazımdır.
“Kreml ideoloqları həftəbecər strategiyalar inşa edib onu dünya ictimai rəyinə yönəltməyə çalışırlar. Əlbəttə, məsələni təhlil etdikdən sonra görürsən ki, mövzunun məğzində dayanan fikirlərin həyata keçməsi real görünmür. Daha çox abstarkt xarakter daşıyır”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar