Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda antiterror əməliyyatı: Bu dəfə hədəf Ağdərədir! - Şok açıqlama

Tarix: 23-12-2022 13:57     Baxış: 3271 A- / A+
“Növbəti əməliyyatın müddəti bunun planlaşdırılmasından və nəzərdə tutulan hədəflərdən asılı olacaq”. 
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
Hərbi ekspert sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı keçirməsi ilə bağlı səslənən çağırışlara münasibət bildirib.
Mütəxəssisin fikrincə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə uzunmüddətli əməliyyat olmayacaq. Onun qənaətinə görə, hazırda mülki əhalinin yaşamadığı və daha çox yüksəkliklərin mövcud olduğu, xüsusilə də təbii sərvətlərimizin talan olunduğu ərazilərə yaxın yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsinə zərurət yaranıb. 
Ekspert iddia edib ki, növbəti əməliyyatlar Ağdərə qəsəbəsi və Sərsəng su anbarına yaxın yerlərdə keçirilə bilər:
“Amma bunun nə zaman başlayacağı təbii ki, əməliyyatı planlaşdıran qurumdan asılıdır. Yəni müddətini və başlama zamanını onlar təyin edəcəklər. Amma ictimaiyyətdə də vahid və yekun bir rəy formalaşıb ki, “Qisas” əməliyyatının növbəti mərhələsinin keçirilməsinə zərurət yaranıb”.
“Sülhməramlıların bölgədə olması keçiriləcək əməliyyatlar çərçivəsində bizə əngəl ola bilərmi” sualına isə Ə. Verdiyev belə cavab verib:
“Biz Fərrux, Buzluq, Sarıbaba, Qırxqız, Laçın, Sus və Zabuxda əməliyyat keçirməzdən əvvəl erməni silahlılarıyla bərabər ərazidə rus sülhməramlıları da var idi. Lakin onların heç biri bizim əməliyyat keçirməyimizə mane olmadı”.
“Ümumiyyətlə, Azərbaycan ərazilərində hansısa əməliyyatın keçirilməsi yalnız və yalnız Azərbaycan dövlətinin qərarına bağlıdır və buna nə rus, nə erməni silahlısı, nə də digər bir qüvvə təsir göstərə bilməz”, – müsahibimiz fikirlərini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar