Xəbər lenti
Simonyanın Bakıyla bağlı xülyası boşa çıxdı...
![](/uploads/posts/2022-12/thumbs/1671625073_simo.webp)
Manevr.az xəbər verir ki, Simonyan bu barədə parlamentdə jurnalistlərə Ermənistanın təşəbbüsü ilə dekabrın 21-də çağırılan BMT Təhlükəsizlik Şurasının dünənki iclasını şərh edərkən deyib.
"Biz bütün mümkün vasitələrlə Laçın yolunda yaranmış problemlə məşğul olmağa davam edəcəyik. Yol mütləq açılmalıdır, əks halda bu, humanitar fəlakətə gətirib çıxaracaq", - deyə Simonyan bildirib.
Onun sözlərinə görə, İrəvan bütün mümkün vasitələrlə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
“Biz Ermənistanın əlində olan və ölkəmizi başqa bir prosesə sürükləməyəcək bütün vasitələrlə işləməyə davam edəcəyik. Siyasi prosesləri nəzərdə tuturam, mən müharibədən danışmıram, çünki 2020-ci il noyabrın 9-dan onun yenidən başlaması təhlükəsi azalmayıb”, - deyə Simonyan vurğulayıb.
Rusiyanın BMT-dəki nümayəndəsinin çıxışını mənfi qiymətləndirərək, bunun daha çox hədəfə alına biləcəyini qeyd edən spiker Ermənistanla heç bir sıx əlaqəsi olmayan ölkələrin daha məqsədyönlü hərəkət etdiklərini bildirib.
Rusiyanın davranışından təəccüblənmədiyini bildirən Simonyan hesab edir ki, belə bəyanatın səbəblərindən biri yolun Rusiya sülhməramlılarının məsuliyyət zonasında olması və bununla da Moskvanın məsuliyyəti azaltmaq istəməsi ola bilər.
P.S. BMT Təhlükəsizlik Şurasının dünənki iclasından sonra hay sürüsünün gözü boyanıb, sevincək olublar yenə. Biz yolkəsən deyilik, ay rəzil toplum, dalana dirənən də sizsiniz! Bakı nə etdiyini yaxşı bilir və hər hansı təşkilat onu haqq işindən döndərə bilməz! Hə, bir də "Dəmir Yumruq" yerindədi...
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://lent.az/storage/news/2025/february/05/big/67a370a47f33d67a370a47f33e173876445267a370a47f33b67a370a47f33c.webp)
![](https://news.milli.az/media/2025/02/05/aktau_kazakhmes_1.jpg)
![](/uploads/posts/2025-02/nadir-2.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar