Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli:"Tez bir zamanda Böyük Qayıdışın şahidi olacağımıza əminik!"

Tarix: 21-12-2022 12:24     Baxış: 3594 A- / A+
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı


Azərbaycanda hər bir vətəndaşın səbrsizliklə gözlədiyi günlərdən biri də işğaldan azad olunmuş ərazilərə həmvətənlərimizin qayıdışıdır. Uzun illər öz dədə - baba torpaqlarından ayrı düşən sakinlər yenidən vətənə dönmək, qurub yaratmaq, həyatı öz axarına qaytarmaq düşüncəsi ilə yaşayır. Dövlətimiz bu prosesi sürətləndirmək, ərazinin tam təhlükəsiz və yaşayışa yararlı olması üçün bütün mümkün vasitələrdən istifadə edir. İlk olaraq mütləq şəkildə qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Bu sərəncamlardan irəli gələn bütün məsələlər növbəli şəkildə həyata keçirilir. Ərazilərin bərpası və yenidən qurulması peşəkar idarəetmə sistemin sayəsində çevik addımlar atılır. Təhlükəsizliyin təmin olunması, birinci dərəcəli zəruri infrastrukturun yaradılması, işğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunması, Bölgənin rabitə infrastrukturunun əsaslı şəkildə qurulması isitqamətində mühüm işlər görülüb və hazırda da bu yöndə lazımi işlər aparılır. Cənab Prezident İlham Əliyev tərəfindən verilən qərarları və aparılan mühüm işləri nəzərə alsaq çox da böyük olmayan zaman kəsiyində Böyük Qayıdışın şahidi olacağımıza əminik!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar