Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın məkrli planı: Vardanyanın fəallığı buna hesablanıb

Tarix: 20-12-2022 21:10     Baxış: 4277 A- / A+



"Ruben Vardanyanı Xankəndiyə göndərən Rusiya Azərbaycan rəsmiləri ilə etnik ermənilər arasındakı təmaslara mane olmağa çalışır. Vardanyana qədər bu təmaslar başlamışdı".
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Bakının məqsədi yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına nail olmaqdır:
"Moskva Vardanyan vasitəsilə prosesi pozur. Moskvadan aldığı təlimat üzrə daşınan bu başıpozuq separatçı isə deyir ki, Bakı onunla danışmalıdır. Vardanyanı Xankəndiyə göndərən Rusiyanın məqsədi bölgədə separatizmin aradan qalxmasına mane olmaq və prosesləri öz nəzarətində saxlamaqdır. Demək olar ki, artıq Qarabağın dağlıq hissəsində mübarizə Rusiya ilə gedir. Rusiyalı ekspertlərin Azərbaycana yönəlik hədələri də, onların bu məkrli siyasətinin qarşısını almaq səylərimizdən irəli gəlir. Bəli, Rusiya "sülhməramlı"ları bölgəyə gələndə nə baş verəcəyini də əvvəldən hesablamışdıq. Amma bizim Azərbaycana soxulmuş rus ordusunu dəfələrlə ölkəmizdən çıxarmaq kimi təcrübəmiz də var. Bu gün - "güclü rus ordusu", "dünyanın ikinci ordusu" mifinin Ukraynada dağıldığı vaxtda Rusiyanın görünən "əzələ"si ilğımdan başqa heç nə deyil".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya hərbçiləri Qarabağda qaldıqca, ermənilərin reinteqrasiyasına nail olmağımız çətinləşəcək:
"Ona görə də Rusiya sülhməramlılarının beş ildən artıq ərazilərimizdə qalmasına icazə verməməliyik. İkincisi, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoymalıdır. Çünki bu yol təyinatına uyğun fəaliyyət göstərmir, burdan hərbi məqsədlər üçün istifadə edilir. Laçın yoluna nəzarətimiz bərpa edilsə, ərazilərimizdə silahlı separatçı-terrorçu erməni dəstələrinin fəaliyyətinə son qoya bilərik. Ekofəalların Xankəndi-Şuşa yolunda davam edən dinc aksiyası buna zəmin yarada bilər.
Hesab edirəm ki, Rusiyanın Qarabağda möhkəmlənmək səyləri baş tutmayacaq. Azərbaycan bu məsələdə geri addım atmayacaq, güzəştə getməyəcək. Bu baxımdan, Vardanyanın xülyasının əksinə olaraq, Bakı onunla yox, uyğun bildiyi şəxslə danışacaq. "Müstəqil arsax" sayıqlamasından danışan bu sarsağın yeri ancaq həbsxana ola bilər, ya da öz xoşu ilə rədd olub gedəcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar